Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zikkurat
Zikkurat — Mesopotamiyada Şumer memarlığına xas olan 3, 5, 7 mərtəbəli pilləli məbəd. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi. Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün rəsədxana kimi də istifadə edirdilər. Mesopotamiyada özünəməxsus məbəd memarlığı üslubu var idi. Orada yaşayan müxtəlif xalqlar məbədlərini, bir birinin üstündə qurulan kəsik piramidalardan və ya terraslardan ibarət olan, uca qüllə formasında inşa edirdilər. Əslində onlar, kvadrat və ya düzbucaq formalı, iri həcmli (hündürlüyü və divarlarının eni 90 metrə çatan), çox möhkəm süni təpəliklər idilər. Məbədin ən uca yeri tanrıların məkanı hesab edilirdi. Bu cür tikililərə "Zikkurat" (müqəddəs dağ) deyirlər və onların ən qədim nümunələri e.ə. IV minillikdə inşa edilmişdir. Sonuncu zikkuratlar e.ə.
Akkuşa
Akkuşa çayı (həmçinin Aquşa və ya Bala Kür) — Azərbaycanın Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qol. Uzunluğu 63 km-dir. Keçmişdə Bala Kür çayı Qızılağac körfəzinin bir hissəsi olmuş Xurşudçalaya tökülürdü. Sonralar Kürün səviyyəsi aşağı düşdüyündən bu çaya su axmamışdır. Hazırda Bala kür çayının yatağına nasosla su vurub, ondan suvarma kanalı kimi istifadə edilir.
Akkra
Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir. == Tarixi == Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi.
Akura
Acura (azərb. Akura‎) — avtomobil istehsal edən Hondanın ayrı bir bölməsi. Acura, Avropanın istehsalçıları ilə ABŞ bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Akzubat (ippodrom)
Akzubat — Ufa şəhərində yerləşən ippodrom. == Adı == İppodrom adını başqırd mifologiyasında bir simvol olan Ural Batırın Akbuzat qanadlı atının adından almışdır. == Tarixi == Hippodromun tarixi 1883-cü ildə başlayır. Bu il Rusiyanın At Yetişdirilməsi və At Yetişdirilməsi Baş İdarəsi Ufada at tövlələri və ippodromun inşası barədə bir layihə qəbul edir. İppadrom 26 avqust 1892-ci il tarixli "At yetişdirilməsi və atçılıq" jurnalının № 12 sayında qeyd edilir və 36 Rusiya ippadromları arasında adı çəkilir. 1924-cü ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarlığının əmrinə əsasən yarış atlarının sınanması üçün Ufa Respublika ipodromunun inşası başa çatır. 1970-ci ildə atların sınağı Duvan kəndinə köçürülür. 1968-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası hökuməti yeni bir ippodrom inşa etmək qərarına gəlir. 1982-ci ildə Başqırdıstanın Rusiyaya könüllü qoşulmasının 425-ci ildönümündə açılışı baş tutur. Elə həmin il, iyulun 26-da ilk yarışlar keçirilir.
Akkuşa çayı
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Yusif Akçura
Yusif Akçura (türk. Yusuf Akçura, tatar. Yosıf Aqçura, Yosıf Aqçurin; 2 dekabr 1876, Simbirsk – 11 mart 1935, İstanbul) — tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri. Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan Yusif Akçura elmin müxtəlif sahələlərində çalışmışdır. Yazdığı elmi və publisistik əsərlərə görə qısa müddətdən sonra bir vaxtlar mühacirət etməli olduğu Türkiyədə yenidən sevilməyə başlamışdır. == Həyatı == Yusif Akçura 1876-cı ildə Rusiyanın Ulyanovsk vilayətinin Simbirsk şəhərində anadan olmuşdur. Y. Akçura iki yaşında olarkən çuxa istehsal edən fabriki olan atası Həsən Akçurin vəfat edir və ardınca anası Bibi Qəmər Banu xanımın xəstəliyi ilə əlaqədar olaraq ailə 1883-cü ildə İstanbula köçür. Yusifin anası burada dağıstanlı Osman bəylə evlənir və Osman bəy Y.Akçuranın təlim-tərbiyəsi ilə yaxından məşğul olmağa başlayır. Burada Y.Akçura 1883–1886-cı illərdə ibtidai məktəbi, 1886–1892-ci illərdə isə orta məktəbi bitirir. 1892–1896-cı illərdə isə İstanbul Hərbiyyə məktəbində təhsilini davam etdirir.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi.İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi. 1935-ci ildə Kurat soyadını aldı.
Akdes Nimet Kurat