Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brassica campestris var. akana
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Abatia
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Acaena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Acarna
Atractylis (lat. Atractylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Akasya
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir.
Alkanna
Alkanna (lat. Alkanna) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. Suriya, İraq və İranda çox yayılmışdır. Azərbərbaycanda 2 növü var: Şərq alkannası və Boyaq alkannası. Boyaq alkannasının kökündən qələvilərə və ammonyaka həssas olan qonur bənövşəyi boyaq maddəsi alınır. Alkanna köklərinin spirt tinkturası (alkanin) mikroskop işlərində yağı təyin etmək üçün reaktiv kimi, bəzən də yeyinti məhsullarını, yun və ipəyi boyamaq üçün işlədilir. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şərq alkannası (Alkanna orientalis (L.) Boiss.) Boyaq alkannası; Həvəgüvə (Alkanna tinctoria (L.) Tausch) === Digər növləri === Alkanna amana Rech. f. Alkanna areolata Boiss.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Aratta
Aratta – b.e.ə. III minillikdə Şumer mixi yazılı kitabələrində adı çəkilmiş, Cənubi Azərbaycan ərazisində, Urmiya hövzəsində və ya Sənəndəclə Həmədan arasında məskunlaşmış qədim tayfa ittifaqlarından biri. == Arattanın coğrafi mövqeyi == Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi ilə bağlı bu ərazini uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşdirilmək kimi müxtəlif fərziyyə və mülahizələr irəli sürülsə də, Şumer qaynaqlarından əldə edilən məlumatların təhlili Aratta toponiminin Cənubi Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə veriiən ad olduğunu təsdiq edir. Dastanda Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu müəyyən edən məlumatlar mövcuddur. Şumer dastanlarından məlum olur ki, Aratta dağlıq ölkə idi, burada qiymətli lacivərd daşı istehsal olunurdu. Bu daş Şumerə Arattadan gətirilirdi, Aratta ustaları Şumerə çağırılır, arattalılar Şumerlə mal mübadiləsi aparırdı. Bu məlumatlar Arattanın Şumerlə qonşu ərazi olduğunu göstərir. Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu Şumer dastanındakı "Qara dağı" keçdikdən sonra, beş, altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu" ifadəsindən də müəyyən etmək mümkündür. Qaynaqda adı çəkilən Qara dağ toponimi İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniyyət təşkil edir. Süleymaniyyədən isə yol Azərbaycanın cənub torpaqlarına çıxırdı.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Haqatna
Haqatna (camorra dili Hagåtña [həˈɡɑtɲə], əvvəllər Аqanya, ingilis və ispan dillərində Agaña /əˈɡɑːnjə/) — şəhər, Quam adasının inzibati mərkəzi . Şəhər adanın qərb sahilində yerləşir. Əhalisi təqribən 1100 nəfərdir (2000-ci il). == Tarixi == Camorralıların burada ilk məskəni bizim eranın təqribən 500-cü ilində salınıb. 1668-ci ildə ispanlar yaşayış məskəni salırlar və adada ilk katolik kilsəsi inşa edirlər. 1898-ci ildə İspan-Amerika müharibəsindən sonra Filippin və Quam ABŞ-nin nəzarətinə keçir. 1940-cı ildə şəhərin əhalisi 10 min nəfərə çatır və ada əhalisinin yarısını təşkil edir. 8 dekabr 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edilir. 1944-cü ildə onun azad edilməsində Aqanya ABŞ bombardımanından ciddi şəkildə dağılır və əhalinin çoxu adanın digər hissələrinə köçürlər. == İqtisadiyyatı == İqtisadiyyatının əsasını turizm təşkil edir, turistlərin 90 % yaponlar təşkil edir.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir. Katananın müasir variantları bəzən qeyri-ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir: əyri olması, nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar, miladdan sona 900-cü ilə qədər) Koto(köhnə qılınc 900–1596) Şinto(yeni qılınclar 1596–1780) Şinşinto(ən yeni qılınclar 1781–1876) Qendayto(müasir qılınclar 1876–1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Makatea
Makatea (fr. Makatea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 230 km şimal-şərqdə, Rangiroa 82 km aralıda yerləşir. == Coğrafiya == Tuamotu arxipelaqında az saylı atol olmayan adalardan biridir. Ada bir qalxma atoldur. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 24 km²-dir. Uzunluğu 7,5 km, eni 7 km-dir. == Tarixi == Əvvəlki adı Papa Tea olmuşdur. Bu isə Polineziya dilindən tərcümədə «Ağ daş» mənasını verir.
Akantu
Tatlısu (türk. Tatlısu), Akantu (yun. Ακανθού) — qismən tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin ərazisindəki Kipr adasında bir kənd (beynəlxalq birliyin rəyinə görə - Kipr Respublikası ərazisində yerləşir). İnzibati baxımdan Gazimagus rayonu daxilində bələdiyyə statusuna malikdir. 1383-cü ildən bəri adı çəkilir. == Coğrafiyası == Kənd adanın şimal-şərq hissəsində, bölgənin şimal hissəsində, Girne silsiləsinin şimal ətəklərində, dəniz səviyyəsindən 352 metr yüksəklikdə yerləşir. Akantu mahalın inzibati mərkəzi olan Famagustadan təxminən 28 kilometr şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına görə, Akantu əhalisi 1379 nəfər olmuşdur. Bunlardan kişilər 62,2 %, qadınlar 37,8 % olmuşdur. == Nəqliyyat == Ən yaxın mülki hava limanı Ercan Beynəlxalq Hava Limanıdır.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni mərkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Akaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Akapa
Akapa (gürc. აკაფა) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Apata
Apata (yun.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Patna
Patna — Hindistanda şəhər. Bihar ştatının mərkəzidir. Əhalisi 1,7 milyon nəfərdir.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.