Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Nurcerən Akgün
Nurcerən Akgün (d. 20 iyun 1992) — Türkiyəni təmsil edən həndbolçu. Nurcerən Akgün, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Nurcerən Akgün, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yunus Akgün
Yunus Akgün (7 iyul 2000, Küçükçekmece, İstanbul ili) — Super Liqada Türkiyənin "Lester Siti" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu. == Klub karyerası == === Qalatasaray === Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib. Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib. === Adana Dəmirspor === 6 sentyabr 2021-ci ildə Adana Dəmirspor ötən mövsüm oynamış Akgünü "Qalatasaray"dan yenidən icarəyə götürdü. == Beynəlxalq karyerası == O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib.