Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axullu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Axullu Yalı
Axullu yalı — Azərbaycan Respublikası Füzuli şəhərinin 10 km qərbdə, Xocavənd rayonu ilə sərhəddə yerləşən yüksəklikdir. Axullu yalı Qarabağ silsiləsinin ətəyində yerləşir. Toponim vaxtilə Füzuli rayonu ərazisində yaşayan Haxıllı nəslinin adındandır. Haxıllı nəsli həmin ərazidə Axullu adlı kənd də salmışdır. Bəzi tədqiqatçılar Axullu toponiminin təhrifə uğradığını qeyd edirlər.
Küllü söyüd
Abdullu
Abdullu — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Molla Abdulla olmuşdur. Yaşayış məntəqəsinin XIX əsrin ortalarında keçmiş Hasıllı kəndinə məxsus pay torpağı sahəsində salınmışdır. Oykonim Qızılbaş tayfalarından şamlıların bir qolu olan abdullu tirəsinin adı ilə bağlıdır. 1933-cü ildə həmin r-nun ərazisində Abdullu oykonimi ilə yanaşı iki Abdullalı kənd adı da qeydə alınmışdır. == Etimologiyası == Kənd adını Qızılbaş tayfası şamlının bir tirəsi "abdullu" etnonimindən almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 610 nəfər əhali yaşayır.
Aşurlu
Aşurlu — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşurlu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1956 nəfərdir.
Udullu
Birinci Udullu
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Aldo Kalulu
Aldo Kalulu Kvatenqva (21 yanvar 1996, Lion) — peşəkar Fransa futbolçusu. O, "Soşo" klubunda hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyilərində oynayır. == Uğurları == === Klub === Bazel İsveçrə Kuboku Qalib (1): 2019 === Milli === === Şəxsi === == Klub karyerası == === Lyon === Kalulu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. Kalulu Liqa 1-də debütünü 12 sentyabr 2015-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Lill klubu ilə qarşılaşmada Yordan Ferrini əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion Liqa 1 görüşündə Lill ilə 0–0 bərabərə qalmışdır. Kalulu ilk qolunu 23 sentyabr 2015-ci ildə Bastiya klubu ilə qarşılaşmada Stid Malbrankenin ötürməsindən sonra vurmuşdur. === Bazel === 26 iyun 2018-ci ildə Kalulu İsveçrə təmsilçilərindən olan Bazel klubu ilə üç illik müqavilə imzalamışdır. == Milli karyerası == Kalulu Fransada anadan olmuşdur. Valideynləri isə Ruanda vətəndaşlarıdır.
Allulu (Kəleybər)
Allulu (fars. علولو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 516 nəfər yaşayır (96 ailə).
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
Ağüzlü (Xudabəndə)
Ağüzlü (fars. اغوزلو‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 627 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Vəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 29 km cənubdadır.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub. Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur. == İnzibati bölgüsü == Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
L'Akuila
L'Akuila (it. L'Aquila) — İtaliyanın Abruttso regionunda şəhər.
Nukuoro atollu
Nukuoro — ekvatordan bir qədər şimalda, Mikroneziya Federativ Ştatlarının Ponpei ştatında yerləşən qum atollu. Təxminən 900 nəfər əhalisi var. Atol klassik halqaşəkilli formasındadı, ortasında diametri 6 kilometrə yaxın olan laqun yerləşir. Adada hava limanı yoxdur, ayda bir dəfə qeyri-müntəzəm olaraq sərnişin gəmisi gəlib gedir. Həmçinin buranın ibtidai məktəbi var. İnsanların Nukuoroda nə vaxt peyda olması məlum deyil, lakin miqrasiya çox güman ki XII əsrdə başlayıb və qeyri-bərabər yayılıb. Ağlagələn miqrasiya istiqaməti Tuvaludu. Avropalılar atollu 1806-ci ildə tapıblar: ispan dənizçi Xuan Batista Monteverdinin komandanlığı altında olan gəmidən görüblər. Əhalisi Polineziya dili olan Nukuoro dilində danışırlar, bundan başqa yaşlılar ponapey dilini də bilirlər. Taro və kopra yetişdirilməsi (əsasən atollun cənub-şərq hissəsində), maldarlıq və balıqçılıqla məşğul olurlar Sahilində qara istridyələrə rast gəlmək mümkündü, onlar mirvari istehsal edirlər.
Pyer Kalulu
Pyer Kazeye Rommel Kalulu Kyatengva və ya qısaca Pyer Kalulu (5 iyun 2000, Lion) — Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun və gənclərdən ibarət Fransa Milli futbol komandasının müdafiəçisi. Əsasən sağ cinah müdafiəçisi kimi çıxış edir. Futbolçu həm də müdafiənin mərkəzində də oynaya bilir. == Karyera == Pyer Kalulu futbola 2007-ci ildə, 7 yaşı olarkən "Sen Priest" klubunun uşaq komandasında başlayıb. O, 2010-cu ildə "Lion" komandasının uşaq komandasına qoşulur. 2018-ci ildə "Lion" klubunun B komandasına əvət olunur. Burada iki il çıxış edərək 36 oyunda meydana çıxır. 2020-ci ilin yayında o, İtaliyanın "Milan" klubuna transfer edilir.
Pənahi Makulu
Pənahi Makulu (tam adı:Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu; 1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Pənahi Makuli 1900-cü ildə Maku şəhərində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycan ostanının Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir. Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən — on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir. Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur.
Udullu (Şabran)
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
İbrahim Dakuklu
İbrahim Dakuklu (d.30 iyun 1934; İraq, Kərkük, Dakuk - ö.17 yanvar 2008 — Jurnalist == Həyatı == İbrahim Dakuklu 1934-cü il iyunun 30-da Kərkükün Dakuk rayonunda anadan olub. Soyadını da məhz doğulduğu bölgədən götürən İ.Dakuklu ilk və orta təhsilini Kərkükdə almış, 1954-cü ildə ibtidai sinif müəllimliyi kursunun məzunu olmuşdur. İbrahim Dakuklunun formalaşmasında ərəb dili müəllimi Qasım bəy Salehlinin, misirli Emil Haddadın böyük rolu olub. Doğulduğu Dakukda müəllimliyə başlayıb. Altı il ərəb dili üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 1960-cı ildə təhsil sistemini Milli Təhsil Nazirliyindən İrşad Nazirliyinə keçirib. Mütərcim olaraq, Mədəniyyət və İnformasiya Nazirliyi ilə universitetdə çalışmağa başlayıb. 1969-cu ildə hüquq fakültəsinin axşam bölməsindən məzun olub. 1975-ci ildə Ankara hüquq fakültəsində "İraq Konstitusiyalarında kütləvi informasiya azadlığı" adlı doktorluq dissertasiyasını müdafiə edib. Ədəbiyyat fakültəsindəki "Füzuli Əl Bağdadi və itən ərəb dili divanı" mövzusu üzrə doktorluq təhsilini isə təxirə salmalı olub.
İkinci Udullu
İkinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == İkinci Udullu Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə Udullu (indiki Birinci Udullu) kəndindən köçmüş bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Şahsevənlərin udullu tayfasının adı ilə bağlı olan kəndlərdəndir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1407 nəfər əhali yaşayır. == Din == Kənddə II Udullu Qubalı kənd məscidi dini icması fəaliyyət göstərir.
İrahim Dakuklu
İbrahim Dakuklu (d.30 iyun 1934; İraq, Kərkük, Dakuk - ö.17 yanvar 2008 — Jurnalist == Həyatı == İbrahim Dakuklu 1934-cü il iyunun 30-da Kərkükün Dakuk rayonunda anadan olub. Soyadını da məhz doğulduğu bölgədən götürən İ.Dakuklu ilk və orta təhsilini Kərkükdə almış, 1954-cü ildə ibtidai sinif müəllimliyi kursunun məzunu olmuşdur. İbrahim Dakuklunun formalaşmasında ərəb dili müəllimi Qasım bəy Salehlinin, misirli Emil Haddadın böyük rolu olub. Doğulduğu Dakukda müəllimliyə başlayıb. Altı il ərəb dili üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 1960-cı ildə təhsil sistemini Milli Təhsil Nazirliyindən İrşad Nazirliyinə keçirib. Mütərcim olaraq, Mədəniyyət və İnformasiya Nazirliyi ilə universitetdə çalışmağa başlayıb. 1969-cu ildə hüquq fakültəsinin axşam bölməsindən məzun olub. 1975-ci ildə Ankara hüquq fakültəsində "İraq Konstitusiyalarında kütləvi informasiya azadlığı" adlı doktorluq dissertasiyasını müdafiə edib. Ədəbiyyat fakültəsindəki "Füzuli Əl Bağdadi və itən ərəb dili divanı" mövzusu üzrə doktorluq təhsilini isə təxirə salmalı olub.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.