Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Öndər Aksakal
Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Öndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb. Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb. 2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir. 2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir.