Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ALJİR
Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi (rus. Акмолинский лагерь жён изменников Родины) və ya qısaca ALJİR — Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi. Qaraqanda İslah Əmək Düşərgəsinin tərkibində Qazaxıstanın Akmola bölgəsində yerləşib. Sürgün olunan qadınların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya və Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın da var idi.Düşərgənin adı qısalaşdırılıb və insanlar arasında "ALJİR" adlandırılıb. SSRİ-də mövcud olmuş ən böyük qadın düşərgələrindən biri və "QULAQ arxipelaqı"nın "ada"larından biridir. 1938-ci ildə düşərgədə 8 minə yaxın məhbus qadın var idi onlardan 4500 nəfəri "Vətən xainlərinin ailə üzvləri" (VXAÜ) idilər. Bundan başqa 1500 nəfər "VXAÜ" də Karaqanda İslah Əmək Düşərgəsinin digər bölmələrində saxlanılırdılar. == Tarixi == SSRİ Xalq Daxili İşlər Komissarlığının 15 avqust 1937-ci il əmrinə əsasən Akmolinsk (Qazaxıstanın indiki paytaxtı Nursultan şəhəri) şəhərinin cənub qərbində Akmol yaşayış məntəqəsində Karaqanda düşərgəsinin bir bölməsi kimi yaradılıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 8 iyun 1934-cü ildə verdiyi qərarına əsasən "Vətən xainlərinin" yaxınlarına ya 5–10 il azadlıqdan məhrumetmə ya da Sibirin uzaq bölgələrinə 5 il sürgün edilmək cəzası verilməli idi. "ALJİR" düşərgəsi 30 hektar ərazini əhatə etməklə yanaşı Karaqanda və Akmola vilayətlərində bölmələri də var idi.
Alsides Argedas
Argedas Alsides (15 iyul 1879[…], La-Pas – 8 may 1946 və ya 6 may 1946, Çulumani[d], La-Pas departamenti[d]) — Boliviya nasiri, tarixçi, siyasətçi. == Həyatı == == İctimai fəaliyyəti == Hüquq təhsili almış, Liberal partiyanın liderlərindən biri olmuşdur. Avropa və Cənubi Amerikanın müxtəlif ölkələrində Kolumbiyanı diplomat kimi təmsil etmişdir. Parlamentə deputat və senator seçilmişdir. == Əsərləri == Əsərləri 1903-cü ildən çap olunur. Boliviya ədəbiyyatında realizmin ilk nümayəndələrindəndir. "Kreol həyatı" (1912) romanı ilə tanınmışdır. İrqi ayrı-şeçkiliyə həsr olunmuş "Zəif xalq" (1909) kitabını, "Tunc irq" (1919) romanını yazmışdır. 5 cildlik "Boliviyanın tarixi", "Kaudilyo-barbarlar" (1929) romanları tarixi mövzudadır. "Kölgələrin rəqsi" (1934) xatirələr kitabının müəllifidir.
Luis Alvares
Luis Valter Alvares (ing. Luis Walter Alvarez; 13 iyun 1911[…], San-Fransisko, Kaliforniya – 1 sentyabr 1988, Berkli, Kaliforniya) — ABŞ eksperimental fiziki, ixtiraçısı və professoru, "Nobel" mükafatı laureatı (1968) == Həyatı == Luis Valter Alvares 13 iyun 1911-ci ildə ABŞ-də, Kaliforniyanın San-Fransisko şəhərində anadan olmuşdur. O, 1940–1943-cü illərdə Massaçusets Texnologiya İnstitutunda, 1944–1945-ci illərdə Los-Alamos laboratoriyasında işləmişdir. Alvares 1945-ci ildən Kaliforniya Universitetinin professorudur. Əsərləri radiolokasiya və elementar zərrəciklər fizikasına aiddir. Alvaresin rəhbərliyi ilə ilk dəfə qabarcıqlı ən böyük kamera, həmçinin borularında dreyf yaranan xətti sürətləndirici qurulmuşdur. 1968-ci ildə "Nobel" mükafatına layiq görülmüşdür. O, 1 sentyabr 1988-ci ildə Kaliforniyanın Berkli şəhərində vəfat etmişdir. == Seçilmiş əsərləri == "Two-element variable-power spherical lens", Patent US3305294A (December 1964) == İstinadlar == == Əlavə ədəbiyyat == Alvarez, L. W. Alvarez: Adventures of a Physicist. Basic Books.
Qreqorio Alvares
Qreqorio Alvares — Uruqvayın keçmiş prezidenti. == Həyatı == General Qreqorio Alvares Uruqvayda hakimiyyəti ələ keçirən xuntaya rəhbərlik edib. 1981-ci ildə isə ölkənin faktiki prezidenti elan olunub. Onun başçılıq etdiyi rejim 1975-ci ildə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay və Boliviyanın diktator rejimlərinin tətbiq etdikləri "Kondor" planının reallaşdırılmasında aktiv iştirak edib. Qreqorio Alvares 1973-1985-ci illərdə hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə görə 2009-cu ildə 25 il həbs cəzası alıb. Məhkəmə Alvaresi 37 nəfərin öldürülməsində, eləcə də bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə günahkar bilib. 2007-ci ilin dekabrından həbsdə olan 83 yaşlı Alvares səhhətinə görə məhkəmədə iştirak edə bilməyib.
Senecio aloides
Senecio aloides (lat. Senecio aloides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
İzabella Alvares
İzabella Alvares (1 mart 2004, Kaliforniya) — ABŞ aktrisası. Əsasən "Shameless", "Westworld" "Walk the Prank" teleşouları ilə tanınır.
ALJİR (roman)
ALJİR — Ülviyyə Tahirin Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi barədə tarixi romanı. == Məzmun == Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
Brassica oleracea var. aloides
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Fernando Alvares de Toledo Alba
Fernando Alvares de Toledo i Pimentel (isp. Fernando Álvarez de Toledo y Pimentel; 29 oktyabr 1507 – 11 (21) dekabr 1582, Lissabon) — İspaniya dövlət xadimi, sərkərdə, hersoq. Üsyana qalxmış Niderlandın hakimi (1567–1573) olduğu zaman ölkədə diktatura yaratmış, minlərlə adamı ölümə məhkum etmişdir. Albanın başçılıq etdiyi İspaniya ordusu 1580-ci ildə Portuqaliyanı işğal etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hobbs, Nicolas. "Grandes de España" (ispan). 2007. İstifadə tarixi: 15 October 2008. Instituto de Salazar y Castro. Elenco de Grandezas y Titulos Nobiliarios Españoles (ispan).