Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allergen
Allergen - (yunan: "allos" - başqa. yad; "ergon" - təsir) müxtəlif antigenlərə (bitki tozcuqları, ev tozu, müxtəlif yeməklər, dərman preparatları və b.) orqanizmin yüksək həssaslıqla göstərdiyi ümumi cavab reaksiyası. İnsanlar arasında geniş yayılmışdır. Məməli heyvanlarda da rast gəlinir. İmmunitetin patoloji halı kimi qəbul olunur. === Mənbə === "Biologiya lüğəti" kitabı, səh. 56, 2011, Bakı, "Çaşıoğlu" mətbəəsi.
Alpərən Ocaqları
Alpərən Ocaqları (türk. Alperen Ocakları), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi (türk. Alperen Ocakları Eğitim Kültür ve Dayanışma Vakfı) və ya sadəcə olaraq Alpərənlər — Türkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı. == İdeologiyası == Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyətçilik əvəzinə dinə meyl etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlər və ərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.
Alperən Duymaz
Alperən Duymaz (3 noyabr 1992, Ankara) — Türkiyəli aktyor və model'dir. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır.2021-ci ildə FOX'ta yayımlanan Son Yaz adlı serialda "Akgün Gökalp Taşkın" adlı xarakteri canlandırmışdır. 2023-cü ildə isə, eyni kanalda yayımlanan EGO adlı serial'da "Erhan Yıldırım" adlı xarakteri canlandırmışdır. 2020-cimildə müəllimə olan sevgilisi Kübra Kelkit ilə ailə həyatı qurmuşdur. == Həyatı və karyerası == Ankara Mamak Kıbrısköydə doğulan Alperən Duymaz orta məktəb illərində musiqi və modelliklə maraqlanmışdır. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Fakültəsində təhsil almışdır. O, Şirin balaca yalançılar serialında aktyor kimi debüt edib. Karyerasına Acı Aşk və Bodrum Masalı serialları ilə davam etdirmişdir. Xüsusilə Bodrum Masalı serial'ı ilə tanınmağa başlanmışdır. 2018-ci ildə Direniş Karatay filmində "Kutay" obrazını canlandırmışdır.