Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
ALH 84001
ALH 84001 (Allan Hills 84001) — 27 dekabr 1984-cü ildə Antarktidanın Allan Hills ərazisində tapılan meteorit. Tədqiqatçıların fikrincə bu, Yer kürəsində tapılmış 34 Mars mənşəli meteoritdən biridir. Meteoritin kütləsi 1,93 kiloqramdır. Tərkibində bakteriyanın daşlaşmasını əks etdirən mikroskopik struktura malik olması haqqında 1996-cı ildə NASA alimlərinin bəyanatından sonra meteorit məşhurlaşdı..
Alu Alxanov
Alu Alxanov (çeç. Ӏали Дадашевич Алханов; rus. Алу Дадашевич Алханов; 20 yanvar 1957, Balpık[d], Taldı-Kurqan vilayəti) — Rusiya siyasətçisi, Çeçenistan respublikasının keçmiş prezidenti.
Xesus Alu
Xesus Alu (24 mart 1942, Bajos de Xayna[d] – 10 mart 2023, Bajos de Xayna[d]) — Dominikan beysbolçusu. == Həyatı və karyerası == Alu 24 mart 1942-ci ildə Dominikan Respublikasının Bajos de Xayna şəhərində anadan olmuşdur. 1963–1979-cu illər arasında Milli Amerika Beysbol Liqasında kənar oyunçu kimi iştirak etmişdir. O, San Fransisko Cayents (1963–1968), Xyuston Astros (1969–1973; 1978–1979), Oklend Atletiks (1973–1974) və Nyu York Mets-də (1975) davam etdi. Qardaşları Felipe və Metti Aloy da keçmiş beysbol oyunçuları idi. Aktiv idman karyerasından sonra bəzi beysbol klublarında müşahidəçi kimi çalışmışdır. Xidmətlərinə görə o, 23 sentyabr 2008-ci ildə İspan Beysbol Şöhrət Zalı Pioner Mükafatını aldı. == Şəxsi həyatı və vəfatı == Ancela Xenli ilə ailə həyatı qurmuşdu. Övladlarının sayı beşdir. Alu 10 mart 2023-cü ildə doğulduğu Dominikan Respublikasında 80 yaşında vəfat etdi.
ALDI
Aldi (alm. Aldi‎; Albrechts Discount - qısaldılmış forması) — dünyada bir çox ölkədə fəaliyyət göstərən Alman supermarketlər şəbəkəsidir. Şirkət 1913-cü ildə Almaniyanın Essen şəhərində yaradılmışdır. Aldi-nin Avropada təxminən 7000-ə yaxın mağazası mövcuddur.
ALDP
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.
Adeh
Adeh (Sulduz)
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslərAlan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı.Yaşayış məntəqələriAlan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Albi
Albi (qədim Albiqa, fr. Albi, lat. Civitas Albigensium, Albia) — 51,2 min əhalisi olan Fransanın cənubunda yerləşən Tarn departamentinin inzibati mərkəzi (Langedok tarixi bölgəsi) (2008). == Coğrafiyası == Tarn çayı üzərindəki bir təpədə yerləşir. Yaxınlıqda məşhur So-dü-Sabo və ya Sôtes du Tarn, əhəngdaşı uçurumlarına çırpılan bir sıra şəlalə yerləşir. Şəhərin yerləşdiyi sahə əvvəllər "Albijua" adlanır və onun sakinlərinin dini təqibləri ilə tanınır. IX–XIII əsrlərdə sənədlərdə Albi qeyd olunur. == Abidələri == Şəhərin tarixi hissəsi Ümumdünya irsi abidəsidir. 1282–1512-ci illərdə inşa edilmiş, antik freskalarla boyanmış və bir orqan xoruna malikdir; Saint-Salvi kilsəsi, prefekturanın bənzər bir binası — Albiju sayılarının köhnə sarayı, burada arxiyepiskopları, xəstəxana və teatr yaşadı. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Albi // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alfa
Alfa — yunan əlifbasının ilk hərfi, radioaktiv şüalanmanın tiplərindən biri bu hərflə işarələnir. Alfadan sonra beta gəlir.
Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. == Tarixi == 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. == Coğrafiyası == Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, povidla istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Açeh
Açeh — İndoneziya əyalətidir, Sumatranın şimal ucunda yerləşir. Paytaxtı və ən böyük şəhəri Banda Açehdir. Hindistanın Andaman və Nikobar adalarına yaxındır və onlardan Andaman dənizi ilə ayrılır. Xüsusi bir muxtariyyət verilib, Açeh dini baxımdan mühafizəkar bir məkandır və şəriət qanunlarını rəsmi olaraq tətbiq edən yeganə İndoneziya əyalətidir. Bu bölgədə on yerli etnik qrup var, ən böyüyü Açeh xalqıdır və bölgə əhalisinin təxminən 80% -dən 90% -ə qədərini təşkil edir. Açeh İndoneziyada İslamın yayılmasının başlandığı yerdir və İslamın Cənub-Şərqi Asiyada yayılmasının əsas amilidir. İslam Açehə (Fansur və Lamuri Krallığı) eramızın 1250-ci ilində çatdı. XVII əsrin əvvəllərində Açeh Sultanlığı Malakka boğazı bölgəsində ən varlı, güclü və inkişaf etmiş bir dövlət idi. Açeh keçmiş Hollandiya kolonistləri və daha sonra İndoneziya hökuməti də daxil olmaqla, xarici müstəqillik və nəzarətə qarşı müqavimət tarixinə malikdir. Açeh bəzi qiymətləndirmələrə görə qaz ehtiyatlarının dünyanın ən böyük ehtiyatlarından biri olduğunu söyləyən neft və təbii qazın əhəmiyyətli təbii ehtiyatlarına malikdir.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.