Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alfavil (musiqi qrupu)
Alfavil (ing. Alphaville) – Almaniya Sinti pop və "Yeni dalğa" janrlarında ifa edən musiqi qrupudur. == Yaranma tarixi == "Alphaville" qrupunun əsası 1982-cü ildə Bernhard Lloyd, Frank Mertens və Marian Qold tərəfindən qoyulmuşdur. Əvvəlcə qrupun adı "Forever Young", sonradan isə fransız teleserialının şərəfinə "Alphaville" adlandırılmışdı. Qrup tərəfindən 1984-cü ildə ifa edilən "Big in Japan" mahnısı bir çox ölkələrin hit-paradlarında, o cümlədən, Almaniya, Fransa, Böyük Britaniya, Avropa İttifaqı və ABŞ kimi nüfuzlu hit-paradların ilk zirvəsinə qalxmışdı. Bu mahnı Marian Qold tərəfindən 1979-cu ildı yazılmışı. Ardınca ifa edilən «Sounds Like a Melody» və «Forever Young» mahnıları müvəffəqiyyət əldə etmişdi. Ardınca istehsal yeni albomlar ilk albomların uğurunu təkrar edə bilməmiş və "Alphaville" getdikcə populyarlığını itirmişdir.Uzunmüddətli karyeradan sonra 22 sentyabr 2010-cu ildə yeni səsləndrdikləri "I Die For You Today" mahnısı Almaniya və Avstriya hit-paradlarında səslənmş və qrupa müvəffəqiyyət gətirmişdi.
Alqayıt
Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1940, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi. == Həyatı == Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir. Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.
Altait
Altait — mineral, PbTe. == Haqqında == Qalenitlə eyni quruluşludur. Kubik. Habitus kubik və kubik-oktaed­rik. Ayrılma{100} üzrə mükəmməl. Rəng qalayı-ağ. Parıltı metallik. Sərtliyi 3. Xüsusi çəkisi 8,19. Au-Ag kvars damarlarında digər tellurid və sulfidlərlə birlikdə.
Alpavut oymağı
Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri. == Adaçımı == Alpavut adının dürlü yozumu var. Alp əski türk dilində "igid", "qoçaq", qut isə cəmlik bildirən formantdır. Deməli, alpavut, alpaqut igidlər, ərlər anlamındadır. Alpavut adının bir variantı da alpağutdur. Alpağut adı "Divani lüğət it-türkdə" belə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ keçməyən igid". Alpağut həm də hərbi rütbə, ünvan olub. Kül təkin yazılarında deyilir: "Öncə gəlmiş qoşununu Kül təkin qovub toxarlardan bir qəbilə, alpağulardan on nəfəri Tona təkinin dəfnində mühasirə edib öldürdü". Alpağut VIII əsr uyğur abidələrində döyüşçü anlamındadır. Son çağlarda isə qıpçaq və qazan tatarlarının bir çox şivələrində bəy-böyük, mal-mülk yiyəsi kimi işlənmişdir.
Mazoon Əl-Alavi
Mazoon Əl-Alavi (14 noyabr 1997) — Omanlı sprinter. Mazoon Əl-Alavi Omanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mazoon Əl-Alavi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında ilk oyunlarında 12.30 nəticə göstərdi. 1-ci təsnifat mərhələsində isə 12.43 saniyəlik nəticə ilə 7-ci cığırda 8-ci yeri tutdu və mübarizəni dayandırdı.