Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Altimetr
Altimeter — hündürlük və ya yüksəkliyi ölçmək üçün istifadə olunan bir cihazdır. Radar altimeter və aneroid altimeter kimi fərqli prinsiplərə uyğun işləyən altimetrlər var. Ancaq altimeter sözü ümumiyyətlə aneroid (barometrik) altimeterə aiddir. Altimetrlər alpinizm və aviasiyada geniş istifadə olunur. Aneroid altimeter, hər hansı bir təzyiq səviyyəsinə görə bir yerin hündürlüyünü ölçə bilən bir barometrdir. Ümumiyyətlə dəniz səviyyəsinə nisbətən hündürlüyü göstərir. Barometrlər təzyiqi adətən mmHg (mm civə) ilə təzyiq göstərir; altimeter metr və ya feet ilə hündürlüyü göstərir. Atmosfer təzyiqi dəniz səviyyəsindən qalxdıqca azalır. Məsələn, bir dağın başındakı təzyiq ayağındakı təzyiqdən daha azdır. Dəniz səviyyəsindən orta hesabla hər 10.5 m (30 ft) yüksəkliyə qalxarkən barometr 1 mmHg təzyiqin azaldığını göstərir.
Latimeria chalumnae
Latimeria chalumnae — latimeriya cinsinə aid iki balıq növündən biri. Canlı fosil heyvanlarından biridir. Latimeriya cinsinə aid hazırda iki növ məlumdur. Latimeria chalumnae növü Afrikanın şərq və cənub sahillərində yaşayır. Latimeria menadoensis isə İndoneziyanın Sulavesi adası yaxınlığında 1997–1999-cu illərdə aşkar edilmişdir. == Təkamül == Latimeriyalılar Coelacanthiformes adlanan dəstəsinə aiddir. Bunlar mövcudluqlarının 400 milyon ilində praktik olaraq dəyişməyən ən nadir canlılardan biridir. Uzun müddət Coelacanthiformes dəstəsinə daxil olan növlər quru onurğalılarının əcdadları olduqlarına inanılırdı, bununla belə latimeriyalıların genomunun tədqiqatları müasir dördayaqlıların ikitənəffüslülərə daha yaxındır. Coelacanthiformes dəstəsinə daxil olan növlərdə təkamül müddətində, başqa heç bir heyvan qrupunda təsvir olunmayan xüsusi anatomik quruluşlar inkişaf etmişdir. Məsələn bu canlılarda bütün onurğalılarda xarakterik olan sərt onurğa sütunu əvəzinə, qalın divarlı bir elastik boruya sahibdirlər.