Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anaxoreta sovkası
Cyrebia anachoreta
Cyrebia anachoreta (lat. Cyrebia anachoreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin cyrebia cinsinə aid heyvan növü. == Təsviri == Kəpənəyin qanadları açılmış halda uzunluğu 26-29 mm-dir. Ön qanadları qırmızımtıl – sarı rəngdə olub, yaşılımtıl-boz yaxud qonur rəngli pulcuqlarla qarışıqdır. Yumuru və böyrəkşəkilli naxışlar qanadın ön kənarında yerləşir. Üzərində zəif görünən açıq rəngli eninə uzanan zolaq vardır. Arxa qanadları sarıdır, ensiz qara rənglə haşiyələnmişdir. Qarıncığı sarımtıla çalır. == Yayılması == Şimali Qafqaz (Qruş, Qars, Dağıstan, Zarıdağ); Gürcüstan (Laqodexi, Sikro-Sxaro) və Türkiyədə yayılmışdır. Azərbaycanda Qax, Zaqatala, Göygöl, Ordubad, Kəlbəcər rayonlarında rast gəlinir.