Anaxoreta sovkası[1] (lat. Cyrebia anachoreta) — Pulcuqluqanadlılar dəstəsinə, Sovkalar fəsiləsinə aid kəpənək növü.
Anaxoreta sovkası | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Anaxoreta sovkası |
||||||
Beynəlxalq elmi adı | ||||||
Cyrebia anachoreta (Herrich – Schaffer, 1851) | ||||||
|
Kəpənəyin qanadları açılmış halda uzunluğu 26 – 29 mm-dir. Ön qanadları qırmızımtıl – sarı rəngdə olub, yaşılımtıl – boz yaxud qonur rəngli pulcuqlarla qarışıqdır. Yumuru və böyrəkşəkilli naxışlar qanadın ön kənarında yerləşir.Üzərində zəif görünən açıq rəngli eninə uzanan zolaq vardır. Arxa qanadları sarıdır, ensiz qara rənglə haşiyələnmişdir. Qarıncığı sarımtıla çalır.[2]
Şimali Qafqaz (Qruş, Kars, Dağıstan, Zarıdağ); Gürcüstan (Laqodexi, Sikro – Sxaro) və Türkiyədə yayılmışdır. Azərbaycanda Qax, Zaqatala, Göygöl, Ordubad, Kəlbəcər rayonlarında rast gəlinir.[3]
Böyük və Kiçik Qafqazın subalp, alp çəmənikləri və meşə açıqlıqlarında görünürlər. Biologiyası məlum deyil. Kəpənəyi gündüzlər iyulun ortalarından avqustun axırlarına qədər uçur. Uçuşu çox iti və sürətlidir. Günün çox hissəsini çobanyastığı, qarabaşaq və digər bitkilərin çiçəkləri üzərində keçirir. Ona toxunduqda uçmur, dərhal özünü otluğa atır və gizlənir. Sonra onu tapmaq mümkün olmur.
Azsaylıdır, nəsli kəsilmək üzrədir
Yaşayış yerlərinin antropogen təsirlərə məruz qalması (mal-qara otarılması, ot çalımı, dərman bitkilərinin toplanması), kəpənəyin kolleksiyaçılar tərəfindən tutulması.
Yaşayış ərazilərində qoruqların təşkili.