Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abraham Hiatsint Anketil-Düperron
Abraham Hiatsint Anketil-Düperron (7 dekabr 1731[…], Paris – 17 yanvar 1805[…], Paris) — fransız alimi, şərqşünas, Avropa alimləri arasında Avestanın ilk tərcüməçisi. == Həyatı == Anketil-Düperron Parisdə, Okserdə və Amersfortda ilahiyyat təhsili almışdı. O, Parisdə bir neçə Şərq dilini öyrənmişdi. == Elmi fəaliyyəti == Anketil-Düperron 1755-ci ildə sanskrit və zənd dillərini öyrənmək məqsədilə hökumət tərəfindən Hindistana göndərilmişdi. Bu ölkəni 10 ay gəzdikdən sonra Sort şəhərində məskunlaşaraq 1760-cı ilə qədər bu şəhərdə yaşamışdır. 1755–61-ci illərdə Anketil-Düperron ölü dildə yazılmış Avestanın pars kahinləri tərəfindən (icmanın etirazına baxmayaraq) yeni pars ləhcəsində oxunmasına nail olmuşdu. O, hətta Avestanın əlyazmalarını əldə edə bilmişdi. 1762-ci ildə Parisə qayıdan Anketil-Düperron Kral kitabxanasına Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdu. 1771-ci ildə Avestanı şərhlərlə fransız dilində nəşr etmişdi. Anketil-Düperronun tərcüməsi o dövrün bir çox alimləri tərəfindən qəbul olunmamış, bu mətnlərin orijinal olduğuna şübhə ilə yanaşanlar və Avesta mətnlərinin saxtalaşdırıldığını düşünənlər də olmuşdur.