Abraham Hiatsint Anketil-Düperron (7 dekabr 1731[2][3][…], Paris[2] – 17 yanvar 1805[2][4][…], Paris[2]) — fransız alimi, şərqşünas, Avropa alimləri arasında Avestanın ilk tərcüməçisi.
Abraham Hiatsint Anketil-Düperron | |
---|---|
fr. Abraham Hyacinthe Anquetil-Duperron | |
Doğum tarixi | 7 dekabr 1731[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 1805[2][4][…] (73 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | şərqşünaslıq, Zərdüştçülük[1], hindşünaslıq[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Anketil-Düperron Parisdə, Okserdə və Amersfortda ilahiyyat təhsili almışdı. O, Parisdə bir neçə Şərq dilini öyrənmişdi.
Anketil-Düperron 1755-ci ildə sanskrit və zənd dillərini öyrənmək məqsədilə hökumət tərəfindən Hindistana göndərilmişdi. Bu ölkəni 10 ay gəzdikdən sonra Sort şəhərində məskunlaşaraq 1760-cı ilə qədər bu şəhərdə yaşamışdır. 1755–61-ci illərdə Anketil-Düperron ölü dildə yazılmış Avestanın pars kahinləri tərəfindən (icmanın etirazına baxmayaraq) yeni pars ləhcəsində oxunmasına nail olmuşdu. O, hətta Avestanın əlyazmalarını əldə edə bilmişdi. 1762-ci ildə Parisə qayıdan Anketil-Düperron Kral kitabxanasına Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdu. 1771-ci ildə Avestanı şərhlərlə fransız dilində nəşr etmişdi. Anketil-Düperronun tərcüməsi o dövrün bir çox alimləri tərəfindən qəbul olunmamış, bu mətnlərin orijinal olduğuna şübhə ilə yanaşanlar və Avesta mətnlərinin saxtalaşdırıldığını düşünənlər də olmuşdur. Yalnız Anketil-Düperronun ölümündən bir qədər sonra onun işi layiqincə qiymətləndirildi. O, digər Şərq dini mətnlərini də (məs., Upanişadanı) fransız dilinə tərcümə etmişdir. Müqəddəs külliyat olan Avesta Azərbaycanın qədim tayfalarından qalmış ən qiymətli yadigardır. Avestadan istifadə etməklə Atropatena tarixinin bir sıra məsələlərini araşdırmaq olar. Öz quruluşuna görə Avesta çoxtəbəqəli və müxtəlif mənbələrdən ibarətdir; burada təkrarlanan və eyni halda ziddiyyətli fikirlərdən də bəhs edilir. Avestanın istər dil xüsusiyyətləri, istər onun yazı üslubu, ayrı-ayrı fraqmentləri, rəngarəngliyi, onun Azərbaycan ərazisində toplanması xalqımızın qədim abidəsi sayılmasına imkan verir. Avesta Azərbaycanda qələmə alınmışdır, ona görə də Azərbaycanın qədim tarixinin araşdırılmasında bu külliyatın özünəməxsus yeri və mövqeyi vardır.[5]