Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaya Bassani Antivari
Qaya Bassani Antivari (8 iyul 1978, Milan) — 2010 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş italiyalı idmançı. == Həyatı == Qaya Bassani Antivari 8 iyul 1978-ci ildə İtaliyada anadan olub. == 2010 Qış Olimpiya Oyunlarında == Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən qadın dağ xizəkçisi Qaya Bassani Antivari nəhəng slalom növündə çıxışlarını 57-ci yerdə başa vurub. İlkin mərhələdə 66-cı yeri tutan İtaliya əsilli idmançı ikinci mərhələdə daha yaxşı nəticə göstərib. Antivari 68 iştirakçı arasında 57-ci olub. O, iki yürüşün cəmində 2 dəqiqə 56,87 saniyə göstərib. İlkin mərhələni 1 dəqiqə 30,82 saniyəyə dəf edən dağ xizəkçimiz ikinci mərhələdə nisbətən yaxşı çıxış edib — 1 dəqiqə 26,05 saniyə. Olimpiya çempionu adını iki hərəkətin cəmində 2 dəqiqə 27,11 saniyə nəticə göstərən Viktoriya Rebensburq (Almaniya) qazanıb. Daha sonra qadınların slalom yarışlarında Qaya Bassani Antivari də slalom iştirakçıları arasında olub. Lakin 32 yaşlı xanımın çıxışı çox uğursuz alınıb.
"Atikva" ümid deməkdir (film, 1994)
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.