Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arabeska
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
Arabesk
== Balet == Arabesk (balet) — klassik rəqsin əsas duruşlardan biri. == Memarlıq == Arabesk (incəsənət) — dekorativ-tətbiqi sənətin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementi. == Musiqi == === Janr və kompozisiya === İki arabesk — Klod Debüssinin cüt piano əsəri. Arabesk (Şuman) — Robert Şumanın piano əsəri. Arabesk musiqi — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. === Xadimlər === Arabesque (qrup) — 1970-ci illərin avro disko musiqi qrupu. Arabesque (repper) — Kanada hip-hop musiqiçisi. == Televiziya və kino == Arabesk (film, 1966) — ABŞ filmi. Arabesk (film, 1988) — Türkiyə filmi. Arabesque TV — ərəbdilli telekanal.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Arabesk (incəsənət)
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
Arabesk musiqi
Arabesk — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. 1960-cı illərdə Orxan Akdəniz, Əhməd Sezgin, Abdulla Yücə kimi bəzi müğənnilər ərəblərdən alaraq türk mahnıları üçün istifadə etmişlər. Arabeskin məşhur ifaçılarından İbrahim Tatlısəs, Orxan Gəncəbay, Əmrah, Mahsun Qırmızıgül, Azer Bülbül , Fərdi Tayfur, Müslüm Gürsəs və başqalarını misal göstərmək olar.
Arabesk musiqisi
Arabesk — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. 1960-cı illərdə Orxan Akdəniz, Əhməd Sezgin, Abdulla Yücə kimi bəzi müğənnilər ərəblərdən alaraq türk mahnıları üçün istifadə etmişlər. Arabeskin məşhur ifaçılarından İbrahim Tatlısəs, Orxan Gəncəbay, Əmrah, Mahsun Qırmızıgül, Azer Bülbül , Fərdi Tayfur, Müslüm Gürsəs və başqalarını misal göstərmək olar.
Arabika
Arabika (və ya Arbayka) — Gürcüstanın Qərbi Qafqaz ərazisində dağ massivi. Massiv Qaqara silsiləsində, Abxaziya ərazisində yerləşir. Yaxınlıqda Qaqra şəhəri var. Əsasən əhəng daşlı süxurlardan təşkil olunan bu massiv dünyada bu tip süxurların toplandığı bölgələrdən biridir. Ərazi Kutu - Şara və Bzıba çaylarının kanyon dərələri ilə kəsilib. Bölgə Qara dənizin cənub-qərbində yerləşir. Massiv Xaşupse və Sandripş çayları hövzələrindən qərbdə yerləşir. Arabika massivinin dəniz səviyyəsindən ən hündür zirvəsi 2661 metrdir. Arabika massivi dünyada mağaraları ilə, eləcə də dünyanın ən dərin mağaraları ilə tanınan massivdir — Veryovkin mağarası və Kruber mağaraları. 90-cı illərdə bu bölgədə 1710 metr dərinliyə yenidən (2001 il) çatılmış və sonra dünyada ən dərin mağara kəşf edilmişdir - 2000 metrdən dərin.(2004-cü il) == Adın mənşəyi == Arabika adı abxaz mənşəli olub «арбаҕь аика» —xoruz çüxuru, hansı ki massivə bənzəyir.
Atabaska gölü
Atabaska (ing. Athabasca) — Kanadanın Saskaçevan (26 faizi) və Alberta (74 faizi) əyalətlərində yerləşən iri şirin sulu göl. == Tarixi == Dene dillində Atabaska sözü ilə ilkin olaraq gölün cənub-qərb küncündə Atabaska çayının birləşməsindən yaranan böyük deltanı adlandırırdılar. 1801-ci ildən gölün adı indiki adına bənzəyən — "Athapaskow" olmuşdur 1820-ci ildə Corc Simpson həm gölü, həm də çayı Atabaska adlandırdı. == Coğrafiyası və təbii tarixi == Gölün sahəsi 7850, uzunluğu və eni müvafiq olaraq 283 və 50, maksimum dərinliyi 124 metrə bərabərdi. Böyüklüyünə görə göl Kanadanın 8-ci gölüdü. Su Kölə və Makkenzi çayların sistemləri vasitəsilə göldən şimala axır, nəticədə Şimal Buzlu Okeanına axır. Fort Chipewyan Albertada Avropanın ən qədim yaşayış məskənlərindən sayılır və gölün qərb sahilində yerləşir. Elə buradada Rivière des Rochers Atabaska gölünü qurudur və Kölə çayı tərəfinə axaraq, Vud Buffalo Milli Parkının şərq sərhədləri üzrə öz şimala yolunu tutur. Gölün şimal sahillində yerləşən Fond du Lak icmasının yaxınlığında gölün şərq hissəsi təxminən 1 km eninə qədər daralır, ordanda o, ən ucqar şərq nöqtəsinə olan Fon-Dyu-Lak çayının mənsəbinə qədər davam edir.
Atabaska çayı
Atabaska çayı (ing. Athabasca River; fr. Rivière Athabasca) - Kanadanın qərbində, Alberta əyalətinin ərazisində yerləşən çay. Makkenzi çayı sisteminə aiddir. Uzunluğu 1231 km, hövzəsinin sahəsi. 153 min km²-dir. Qayalı dağlardan başlanır. Böyük Düzənliklərdən axaraq Atabaska gölünə tökülür. Əsasən, qar suları ilə qidalanır. Aşağı axınınıda ortaillik su sərfi 651 m³/san.-dir.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.