Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həm də 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. == Həyatı == Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi.
Kamensk-Uralskiy
Kamensk-Uralskiy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
İsfar Sarabski
İsfar Aydın oğlu Rzayev-Sarabski (2 noyabr 1989, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatı (2010). 2 noyabr 1989-cu ildə Bakıda anadan olmuşdur. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişdir. Hazırda Berklee Music Colledge-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir. İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak etmişdir. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak etmişdir.