Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aromatik birləşmələr
Aromatik birləşmələr — tsiklik orqanik quruluşa malik və özündə aromatik karbohidrogenləri birləşdirən birləşmələrə deyilir. Aromatik -sözünün mənası ətirli deməkdir. Əvvəllər bu birləşmələr az öyrənilmişdir və məlum nümayəndələrinin iyi xoş olduğu üçün onlara aromatik (ətirli) birləşmələr adı verilmişdir. Sonralar məlum olmuşdur ki, onların içərisində pis iyli, hətta iysiz maddələr də rast gəlinir. == Quruluşu == Quruluşlarına görə aromatik birləşmələr benzol və onun müxtəlif törəmələrindən ibarət olduğu üçün, onların düzgün adı benzol birləşmələri olmalıdır. Tətkiblərində bir və ya bir neçə benzol nüvəsi ola bildiyi üçün onları birnüvəli və çox nüvəli aromatik birləşmələr adı ilə kik hissəyə ayırırlar. == Aromatik birləşmələrin fiziki xassələri == Aromatik karbohidrogenlərin əksəriyyəti maye halda, kəskin iyli maddələrdir. Fiziki xassələrinə görə alifatik karbohidrogenlərə oxşayırlar. Aromatik birləşmələrin sıxlığı və şüasındırma əmsalları müvafiq alifatik karbohidrogenlərə oxşayır. Bir-biri ilə izomer olan ksilolların da metil qruplarının vəziyyəti dəyişdikcə qaynama temperaturları da dəyişir.
Aromatik karbohidrogenlər
Aromatik karbohidrogenlər - molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlərə aromatik karbohidrogenlər deyilir. Aromatik karbohidrogenlər dedikdə benzol və xassəcə ona bənzər birləş-mələr nəzərdə tutulur. Belə ki, aromatik karbohidrogenlər onları başqa birləşmələrdən fərqləndirən və adətən aromatik xassə adlanan bir sıra xüsusiyyətlərə malikdir. Tərkibinə daxil olan benzol nüvəsinin sayından və onların arasındakı əlaqənin xarakterindən asılı olaraq aromatik karbohidrogenlər iki qrupa bölünür: Bir benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa benzol və onun homoloqları daxildir. Kondensləşmiş və ya kondensləşməmiş bir neçə benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa difenil, difenilalkanlar, naftalin, fenantren, antrasen, asenaften, flüoren və b. daxildir.Aromatik karbohidrogenlərin beynəlxalq adı Arenlər-dir. Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. Benzol homoloqlarının düsturu CnH2n-6 kimidir.
Çoxnüvəli aromatik birləşmələr
Çoxnüvəli aromatik birləşmələr-tərkibində iki və daha çox benzol nüvəsi olan aromatik birləşmələrə deyilir. == Tipləri == Bunlar üç tipdə ola bilər: Bifenil tipi: benzol nüvələrinin bilavasitə bir birlə ilə birləşdiyi çoxnüvəli aromatik birləşmələrə bifenil və ya difenil tipli birləşmələr deyilir. Difenilmetan tipi benzol nüvələrinin bir və ya bir neçə alifatik karbon atomu vasitəsi ilə birləşdiyi çoxnüvəli birləşmələrə difenilmetan tipli birləşmələr deyilir. Naftalin tipi və ya ortaqkarbonlu moxnüvəli birləşərək ortaq karbonlara malik olan naftalində iki karbon atomu nüvələrin ortaq karbonları olub, hər iki nüvəyə aiddir, buna görə də ikinüvəli naftalində on iki yox, on bir karbon atomu vardır. == Bifenil tipli birləşmələr == Bifenil tipli birləşmələrin ən sadəsi bifenil və ya difenil C6H5 – C6H5-dir. Difenil, daş kömür qətranında rast gəlir və benzolu yüksək temperaturda qızarmış borular içərisindən buraxmaqla alınır. 2 C6H6→C6H5 – C6H5+H2 Sənaye də difenil almaq üçün benzol buxarlarını ərinmiş qurğuşunun içərisindən keçirirlər. Bundan başqa difenil və onun homoloqlarını, Fittinq reaksiyası vasitəsi ilə müvafiq halogenlərə natrium metalı ilə təsir etməklə alırlar. == Difenil == Difenil 700C-də əriyən, 2540C-də qaynayan bərk maddə olub, suda həll olmur, spirtdə və efirdə yaxşı həll olur. Bir sıra kimyəvi xassələrinə görə difenil benzola bənzəyir, onun kimi asan nitrolaşır və sulfolaşır.