Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Aronia melanocarpa
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Ronni Koleman
Ronald Din Koleman (və ya Koulman, ing. Ronald Dean Coleman) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur. Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq. Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir.
Ronni Ceyms Dio
Ronnie James Dio (10 iyul 1942, Portsmut (Nyu-Hempşir), Nyu-Hempşir – 16 may 2010[…], Hyuston, Texas) — Rok musiqisinin amerikalı əfsanəsi Ronnie James Dio (Ronald James Padavona) 1942-ci il iyulun 10-da ABŞ-nin Nyu Hempşer ştatının Portsmut şəhərində anadan olmuş, lakin Nyu York-da, Kortland-da böyümüşdür. Padavona ailəsi dinə yaxın ailə olmuşdur, Ronnie katolik din ruhunda böyümüş, lakin sırf qatı katolik olmamışdır. Uşaqlıqda Ronnie-nin sevdiyi məşğuliyyətlər kitab oxumaq, idman və musiqi olmuşdur. Ronnie beysbolla məşğul olmaq istəyirdi və bir dəfə atasına beysbol yarasası almasını istəmişdi, atası isə onun musiqi təhsili almağını istəyirdi və evə truba gətirdi. Bundan sonra Ronnie hər gün 4–5 saat musiqi dərsləri alırdı. Tezliklə o, bu dərslərdən imtina etdi. İllər sonra Ronnie bunu belə əsaslandırırdı: "Boru — çox asan alətdir, buna görə bu mənə sıxıcı gəldi. Bundan başqa, mən adi boru ifaçısı olacaqdım. Mexanizmin kiçik detalı olmaq istəmirdim. Yaxşı ki, Rock'n'Roll-la tanış oldum." Ronnie 7 yaşından oxumağa başlamışdır.