Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşanti
Aşanti (dövlət) — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. Aşanti (müğənni) — amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Aşanti (dövlət)
Aşanti konfederasiyası — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. == Haqqında == XVII əsrin sonlarında qul və qızıl ticarəti zəminində indiki Qana ərazisində qurulan konfederasiyanın başında Kumasi şəhəri dururdu. Qızıl ticarətin ən iri məkəzi isə Bono–Mansu sayılırdı. Yerli tarixi ənənəyə görə konfederasiyanın ilk hökmdarı Osey Tutu olmuşdur. O aşanti siyasi qurumunu vahid dövlətdə birləşdirə bilmişdir. Konfederasiyanın varlığı Qvineya körfəzi sahillərini Səhraətrafı ərazilərlə birləşdirən ticarət yolları üzərində nəzarətlə bilavasitə bağlı idi. Aşantinin yüksəlişinə XVII əsrin sonlarında Sonqay dövlətinin süqutu da təsir göstərmişdir. == Həmçinin bax == Akanlar == Ədəbiyyat == Nərgiz Axundova. Asiya və Afrika ölkələri tarixi. Bakı.
Aşanti (müğənni)
Aşanti Şekvoya Duqlas (ing. Ashanti Shequoiya Douglas; 13 oktyabr 1980, Qlen-Kov[d], Nyu-York ştatı) — daha çox Aşanti kimi tanınan amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model. Debüt albomu Ashanti ona böyük şöhrət gətirdi, ilk həftədə yarım milyon nüsxə satıldı və bu, Nielsen SoundScan-a görə müğənni üçün rekord idi. Albomdakı "Foolish" mahnısı 10 həftə ərzində Billboard Hot 100-də birinci yeri tutmuşdu.
Aşanti imperiyası
Aşanti konfederasiyası — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. == Haqqında == XVII əsrin sonlarında qul və qızıl ticarəti zəminində indiki Qana ərazisində qurulan konfederasiyanın başında Kumasi şəhəri dururdu. Qızıl ticarətin ən iri məkəzi isə Bono–Mansu sayılırdı. Yerli tarixi ənənəyə görə konfederasiyanın ilk hökmdarı Osey Tutu olmuşdur. O aşanti siyasi qurumunu vahid dövlətdə birləşdirə bilmişdir. Konfederasiyanın varlığı Qvineya körfəzi sahillərini Səhraətrafı ərazilərlə birləşdirən ticarət yolları üzərində nəzarətlə bilavasitə bağlı idi. Aşantinin yüksəlişinə XVII əsrin sonlarında Sonqay dövlətinin süqutu da təsir göstərmişdir. == Həmçinin bax == Akanlar == Ədəbiyyat == Nərgiz Axundova. Asiya və Afrika ölkələri tarixi. Bakı.
Aşanti (xalq)
Aşanti və ya aşantililər (özünüadlandırma: Asantefo, Asante; "müharibə üçün birləşmiş" deməkdir) — Akan qrupuna aid xalq. Qananın mərkəzi regionlarında yaşayırlar. Əhalisinin sayı 3,3 milyon nəfərdir. == Dil == Onlar Volta-Konqo qrupunun Niger-Konqo makroailəsinin kva alt qrupuna aid olan çvi dilində danışırlar. XIX əsrdə xristian missionerləri latın qrafikası əsasında yazı dili yaratmışdılar. == Mədəniyyəti == === Evlər === Ənənəvi evləri planda dördbucaqlı, gillə örtülmüş taxta dirəklərdən düzəldilmiş, döşəməsi torpaq və dam örtüyü palma yarpaqları, ot və ya dəmir və şiferlə örtülmüşdür. === Geyimləri === Ənənəvi geyimlər kente və adinkra (xüsusi damğalarla naxışlanmış ornamentli bayram kente) adlanır. === Mətbəxi === Yemək əsasən bitki mənşəli (müxtəlif sıyıqlar, xörəklər, qaynadılmış və bişmiş tərəvəzlər, ədviyyatlı yeməklər və palma yağı ilə tərəvəzlər), həmçinin ət və balıqdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Ашанти / Попов В. А., Григорович Н. Е. // Анкилоз — Банка [Электронный ресурс]. — 2005.
Aşanti ənənəvi tikililəri
Aşanti ənənəvi tikililəri — Aşanti imperiyası dövründə Qana ərazisində inşa edilən 10 ənənəvi bina və Ümumdünya irsi ərazisi. Aşanti Krallığı 18-ci əsrdə qızıl dövrünə sahib olmuş, 1806-cı ildən 1901-ci ilə qədər ərazinin İngilis işğalı zamanı geriləmiş və dövrün əksər Aşanti tikililəri məhv edilmişdir. Digər binalar arasında Kral məqbərəsi də 1895-ci ildə Britaniya ordusunun zabiti Robert Baden-Pauel tərəfindən dağıdıldı. Binalar "insanlar və tanrıların evi" kimi təsvir edilmişdir və Aşanti xalqının tarixi və mədəniyyətinin son qalıqlarıdır. Evlər gil, saman və ağacdan tikilib və təbii təsirlərə qarşı həssasdır. Buna görə binaların qorunmasına ehtiyac var. == Mənbə == Michael Swithenbank. Ahanti fetish houses.
Torqəbə və Şandiz şəhristanı
Torqəbə və Şandiz şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Torqəbə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 50.339 nəfər və ya 13.656 ailədən ibarət idi.