Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Autsayder
Autsayder — müəyyən bir obyekt və ya kateqoriyadan kənar bir şey, müxtəlif səbəblərə görə inhisarçı birliklərə daxil olmayan firma və şirkətlər. Autsayderlərə həm iri, həm də xırda və ya orta müəssisələr aid edilir. Autsayderlər əksər halda yalnız zahirən müstəqil hesab edilir. == Autsayderlər == Bazarda əsasən, azəhəmiyyətli yer tutan firma və şirkətlər; Birjanın üzvü olmayan, lakin müəyyən edilmiş qaydalara riayət etmək şərti ilə satış zalında iş aparmağa icazəsi olan broker; Beynəlxalq gəmiçilikdə bazardakı fəaliyyəti xətti konfranslar çərçivəsindən və onlarla rəqabətdən kənarda həyata keçirən gəmiçilik müəssisələri.
Altsaymer xəstəliyi
Altsheymer xəstəliyi — demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə bu rəqəmin dörd dəfə artacağı gözlənilir. == Mahiyyəti == Altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması halları müşahidə olunur. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Altsheymer tərəfindən xəstə Auquste D. adlı bir qadında müəyyən edilmişdir. Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Xəstəliyə tutulanların sayı günü-gündən loqorifmik olaraq artmaqdadır.