Autsayder

Outsider 1) Birjada hərdən iştirak edən şəxs, yaxud qeyri-peşəkar birja möhtəkiri; 2) Birjanın rəsmi üzvü olmayan, lakin birjanın ticarət zalında təsbit olunmuş qaydalar çərçivəsində fəaliyyət göstərməyə icazəsi olan broker; 3) Fəaliyyət göstərdiyi istehsal və ya xidmət sahəsində rəqiblərindən, yəni digər müəssisələrdən bir sıra əsas göstəricilərə görə geri qalan müəssisə, şirkət və s.
Aut-treyd
Avadanlığın kreditləşdirilməsi sertifikatı
OBASTAN VİKİ
Autsayder
Autsayder — müəyyən bir obyekt və ya kateqoriyadan kənar bir şey, müxtəlif səbəblərə görə inhisarçı birliklərə daxil olmayan firma və şirkətlər. Autsayderlərə həm iri, həm də xırda və ya orta müəssisələr aid edilir. Autsayderlər əksər halda yalnız zahirən müstəqil hesab edilir. Bazarda əsasən, azəhəmiyyətli yer tutan firma və şirkətlər; Birjanın üzvü olmayan, lakin müəyyən edilmiş qaydalara riayət etmək şərti ilə satış zalında iş aparmağa icazəsi olan broker; Beynəlxalq gəmiçilikdə bazardakı fəaliyyəti xətti konfranslar çərçivəsindən və onlarla rəqabətdən kənarda həyata keçirən gəmiçilik müəssisələri.

Значение слова в других словарях