Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afrikalı Konstantin
Afrikalı Konstantin (lat. Constantinus Africanus; XI əsr – 1087[…], Montekassino[d], Kassino[d]) - 11. əsrdə yaşamış, tibb sahəsi üzrə ərəb və yunan dilində yazılan mətinləri tərcümə edən şəxs. == Həyatı == Konstantinin doğum tarixi bilinməsə də, tarixi sənədlərə görə Karfagendə dünyaya göz açdığı deyilir. O dövrdə müsəlman ərəblərin idarəsində olan Karfagenin yerli əhalisindən idi. Latın dilini çox yaxşı bilməsi ona tibb sahəsində ərsəyə gətirilmiş ərəb dilindəki əsərləri latın dilinə tərcümə etməyə imkan verdi. 1065-ci ildə Salerno baş yepiskopu I Alforno tərəfindən Salernitana tibb məktəbinə müxtəlif, ərəbcə əl yazmaları tərcümə etmək üçün dəvət edildi. Araşdırmaçılara görə onun tərcümələri yunan tibbinin Qərbi Avropaya tanıdılmasına kömək etdi. Konstantin, həmçinin, kitabı Viaticumda səyahət edənlər və səyyahlar üçün o dövrdəki məşhur ərəbcə bələdçiləri yerləşdirdi. Konstantin Suriya, Hindistan, Misir, Efiyopiya və İran səyahətləri müddətincə yunanca, ərəbcə, latınca və birçox Şərq dilini öyrənmişdi.
Afrikalı Lev
İoann Afrikalı Lev (ing. Joannes Leo Africanus; doğum adı əl-Həsən ibn Məhəmməd əl-Vəzzan əl-Fasi ərəb. حسن ابن محمد الوزان الفاسي‎; təq. 1494, Qranada – ən tezi 1527 və ən geci 1555, Tunis) — ərəb coğrafiyaşünası və səyyahı. == Tərcüməyi-hal == 1492-ci ildə Qranada şəhərində müsəlman ailəsində anadan olub, sonra isə şəhəri tərk edən ailəsi Castilla şəhərinin tərəfindən tutulduqdan sonra ailəsi Mərakeşə köçürülüb. Fəs şəhərində yaşamış, burada yerləşən Əl-Karaouine Universitetində təhsil almışdır. Afrikalı Lev təhminən 1550 ildə Tunisdə vəfat etmişdir. == Əlavə oxu == Лев Африканский. Африка — третья часть света / Перевод с итальянского, комментарий и статья В. В. Матвеева; Отв. ред.
Afrikanc dili
Afrikaans və ya Bur dili — German dillərindən biridir. CAR-ın rəsmi dövlət dillərindən biridir. Əsasən Transvaal əyalətində yayılmışdır. Afrikaans dili XVII əsrdə Niderland dilinin dialektlərinin, qohum dillərin (alman və ingilis) qarışması və inteqrasiyası nəticəsində yaranmışdır. Fonetik sistemi Niderland dilinin fonetik sisteminə yaxındır. Saitlərin müəyyən fonetik mövqedə burunlaşması və söz əvvəlində cingiltili novlu samitlərin karlaşması səciyyəvi xüsusiyyətlərindəndir.
Afrikanın Böyük gölləri
Afrikanın Böyük gölləri Böyük Rift Dərəsi göllərini və Şərqi Afrika çatlağının ətrafını örtən, bir sıra gölləri əhatə edən bölgədir. Bölgəyə, həmçinin Afrikanın şərqindəki Tanzaniya, Uqanda və Keniya ərazisində yerləşən və yer səthində ikinci ən böyük şirin su gölü olan Viktoriya gölü, həcmi və dərinliyi ilə dünyanın ikinci ən böyük gölü olan Tanqanika gölü daxildir.
Afrikanın beş böyükləri
Afrikanın beş böyükləri — Afrika qitəsinə xas böyük heyvanların ən təhlükəliləri. Bu heyvanlar bir zamanlar çox qiymətli ovlar idi. İndi isə safarinin məqsədi onları tüfəng yerinə fotoaparatla tutmaq. Beş böyüklərdən kərgədan xaric heç birinin nəsili təhlükədə deyil (aslan və afrika fili savunmasızdır). Bu qrupdakı beş heyvan sırasıyla; Adi Afrika kəli (lat. Synceferus caffer) Bəbir (lat. Panthera pardus) Aslan (lat. Panthera leo) Afrika savanna fili (lat. Loxodonta africana) Qara kərgədan (lat. Diceros bicornis) 5-ci sırada bəzən suayqırı (lat.
Afrikanın kolonial bölünməsi
Afrikanın bölünməsi və ya Afrika uğrunda mübarizə, Afrika çarpışması (ing. Scramble for Africa, fr. Partage de l'Afrique, port. Partilha de África) — Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə Avropanın bir sıra imperialist dövlətlərinin tədqiqi və hərbi əməliyyatlar aparmaq üçün son dərəcə Afrikada yeni ərazilərin ələ keçirilməsinə yönəlmiş güclü rəqabət dövrü. Avropalı müstəmləkəçilərin bir çox məqsədləri var idi: qitənin hər yerində mövcud olan dəyərli mənbələrə sahib olmaq istəyi, milli nüfuz istəyi, Avropa gücləri arasındakı gərginlik, dini missioner canfəşanlığı və Afrika ölkələrinin daxili siyasəti. XIX əsrin son rübündə Avropa imperiyaları arasındakı siyasi və iqtisadi rəqabət səbəbindən Afrikanın bölünməsinin köməyi ilə avropalılar öz aralarında müharibənin qarşısını aldılar. XIX əsrin sonrakı illərdə hərbi təsir və iqtisadi hökmranlığın köməyi ilə "qeyri-rəsmi imperializm" dən müstəmləkə imperializminə səbəb olan birbaşa idarəçiliyə keçid baş verdi. == Afrika koloniyaları metropoliyalar üzrə == === Belçika === Azad Konqo dövləti === Fransa === Əlcəzair Tunis Mərakeş ==== Fransız Qərbi Afrikası ==== Mavritaniya, Seneqal, Fransa Sudanı, Qvineya, Kot-d'İvuar, Niger, Dahomeya ==== Fransız Ekvatorial Afrikası ==== Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad === Almaniya (1919-cu ilə qədər) === ==== Almaniya Şərqi Afrikası ==== Tanqanika, Almaniya Kamerunu, Toqolend === İtaliya === ==== İtaliya Şimali Afrikası ==== Tripolitaniya, Kirenaika, Fəzzan, Eritreya, İtaliya Somalisi === Portuqaliya === Anqola Kabinda Portuqaliya Şərqi Afrikası Portuqaliya Qvineyası Kabo-Verde San-Tome və Prinsipi === İspaniya === İspaniya Saxarası (indiki Qərbi Saxara) İspaniya Mərakeşi Ekvatorial Qvineya === Böyük Britaniya === Misir ==== Britaniya Şərqi Afrikası ==== Keniya Uqanda Zənzibar Britaniya Somalisi Cənubi Rodeziya Şimali Rodeziya ==== Britaniya Cənubi Afrikası ==== Keyp koloniyası Natal koloniyası Azad Oranj Dövləti Basutolend Svazilend Qambiya Seyşel adaları Syerra-Leone Mavriki Nigeriya Qızıl sahil === Müstəqil dövlətlər === Liberiya Efiopiya imperiyası == Həmçinin bax == İngilis-bur müharibələri Herero və Namaka soyqırımı Sesil Rods == Ədəbiyyat == Aldrich, Robert. Greater France: A History of French Overseas Expansion (1996) Atkinson, David. "Constructing Italian Africa: Geography and Geopolitics." Italian colonialism (2005): 15–26.
Afrikanın yerli xalqları
Afrikanın yerli əhalisi — müstəmləkəçilərin gəlməsindən əvvəl orada yaşayan insanlar qrupudur. == Tarixi == Yerli Afrika xalqlarının tarixi minillikləri əhatə edir və müxtəlif mədəniyyətləri, dilləri və siyasi sistemləri əhatə edir. Yerli Afrika mədəniyyətləri qədim zamanlardan bəri mövcuddur. Ən qədim insan məskəni sayılan Oldovoy dərəsi də buradadır. Qitədəki insan həyatının ən erkən sübutlarından bəziləri yüz minlərlə il əvvələ aid daş alətlər və qaya sənətindən gəlir. Afrika tarixinin ən erkən yazılı qeydləri eramızdan əvvəl 3000-ci ilə aid olan qədim Misir və Nubiya mətnlərindən gəlir. Bu mətnlər dövrün cəmiyyətləri, o cümlədən dini inanclar, siyasi sistemlər və ticarət şəbəkələri haqqında məlumat verir. Sonrakı əsrlərdə, Şimali Sudanın Kuş Krallığı və Qərbi Afrikadakı Qana, Mali və Sonqhai kimi güclü imperiyaları əhatə edən müxtəlif Afrika sivilizasiyaları məşhurlaşdı. 15-ci əsrin sonlarında milyonlarla afrikalının əsarət altına alınmasına və bir çox yerli mədəniyyətin köçməsinə səbəb olan Avropa müstəmləkəçiliyi başladı. İkinci Dünya Müharibəsinin bitməsindən bəri yerli Afrika mədəniyyətləri qərbləşmə və qloballaşma qarşısında öz kimliklərini qorumaq üçün mübarizə apararaq, davamlı bir axın vəziyyətindədirlər.
Afrikanın böyük gölləri
Afrikanın Böyük gölləri Böyük Rift Dərəsi göllərini və Şərqi Afrika çatlağının ətrafını örtən, bir sıra gölləri əhatə edən bölgədir. Bölgəyə, həmçinin Afrikanın şərqindəki Tanzaniya, Uqanda və Keniya ərazisində yerləşən və yer səthində ikinci ən böyük şirin su gölü olan Viktoriya gölü, həcmi və dərinliyi ilə dünyanın ikinci ən böyük gölü olan Tanqanika gölü daxildir.
Almaniya Şərqi Afrikası
Almaniya Şərqi Afrikası (alm. Deutsch-Ostafrika‎) — müasir Tanzaniya, Burundi və Ruanda ərazilərini əhatə edən Afrikadakı alman koloniyası. == Tarixi == Bu hissələrdə almanların fəaliyyətinin başlanğıcı 1884-cü ildə qoyuldu, o zaman Almaniya hökuməti "Alman Kolonizasiyası Cəmiyyətinə" rəhbərlik edən Karl Petersin şirkətinə alman maraqlarını qorumaq üçün ərazini inkişaf etdirmə hüququ verdi. 1890-cı ildə Abuşirinin üsyanı başladı. Alman hökuməti Hermann Vissmann başçılığı ilə qoşun göndərməyə məcbur oldu və buradakı mülklərini koloniyaya çevirib Cəmiyyətdən aldı. Almanların dövründə torpaqlar becərilməyə başlandı, dəmir yolları çəkildi, yerli əhali üçün məktəblər tikildi, lakin Almaniya heç vaxt müstəmləkədən iqtisadi gəlir götürmədi: əksinə Şərqi Afrika Almaniya hökumətindən subsidiya almağa davam etdi. İnzibati qaydada koloniyanın rəhbərliyi qəbilələrin liderləri ilə münasibətlərə əsaslanırdı (müstəmləkəçiliyin ilk 20 ilində almanlar yerli tayfaların müstəmləkəçilərə qarşı qiyamlarını daim yatırtmaq məcburiyyətində qaldılar). Alman kolonistləri Almaniya Şərqi Afrikasına fəal şəkildə köçdülər: 1903-cü ildə onların sayı 650, 1914-cü ildə isə 5,5 min nəfər idi. Birinci Dünya Müharibəsi dövründə koloniyanın silahlı qüvvələrinə (3 min avropalı və 11 min yerli sakindən) 1914-1918-ci illərdə İngilis və Portuqaliya müstəmləkə qoşunlarına qarşı döyüşlər uğurla davam etdirən polkovnik fon Lettov-Forbek rəhbərlik edirdi. Daha sonra Belçika Konqosundan edilən hücum və qaynaq çatışmazlığı səbəbiylə geri çəkilməyə məcbur oldu.
Ssipion Afrikalı (kiçik)
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; güm. təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.
Almaniya Cənub-Qərbi Afrikası
Almaniya Cənub-Qərbi Afrikası (alm. Deutsch-Südwestafrika‎) 1884–1919-cu illərdə Almaniya İmperiyasının müstəmləkəsi olduğu dövrdə indiki Namibiya dövlətinin adıdır. Birinci Dünya Müharibəsi zamanı Cənubi Afrika Respublikasının qoşunları alman qüvvələrini məğlub edərək regionu ələ keçirdirlər. Bunun ardınca 1921-ci ildə Millətlər Liqasının qərarı ilə region Cənubi Afrikanın mandatına keçdi.
Lagenaria vulgaris subsp. afrikana
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Afrikalı Publi Korneli Ssipion Emilian
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; güm. təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.