Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afrikada futbol
Afrika qitəsinin istedadlı, qeyri-adi bacarığa malik qaradərili oyunçuları heç bir məktəb keçmədən, dünyanın hansı ölkəsində çıxış etməsindən asılı olmayaraq, fiziki və atletik hazırlıq baxımından, istənilən futbolçudan üstündür. Bu fakt reallığın aşkar nümunəsidir. Kimsə afrikalılarda olan qeyri-adi istedadı dana bilməz. "Qaralar" düşdüyü məkanın yaratdığı müəyyən problemlərə rəğmən, ilk gündən özlərini sevdirməyi bacarırlar. Bir qismini xatırlasaq, kifayət edər: Corc Veah (Liberiya), Rojer Mila (Kamerun), Abede Pele (Qana), Lahdar Bellami (Əlcəzair), Rabah Macer (Əlcəzair), Teofil Abeqa (Kamerun), Loran Roku (Kot d"İvuar), Fransua Omam Biyik (Kamerun), Əhməd Faras (Mərakeş), Corc Finidi (Nigeriya), Mahmud Əl-Xətib (Misir), Yapet N"doram (ÇAD), Yusif Fofana (Kot d"İvuar), Əbdül Əziz (Mərakeş), Tarek Dyab (Tunis), Daniel Amokaçi (Nigeriya), Auqustin (Cey-Cey), Okoça (Nigeriya), Əli Bençeh (Əlcəzair), İbrahim Yusuf (Misir), Larbi Ben Barek (Mərakeş), Sequn Odeqbair (Nigeriya). Bunlar hələ keçmiş oyunçulardır. Hazırkı dövrdə isə Avropanın aparıcı klublarının formasını geyinən qaradərili futbolçular bununla müqayisədə, 3-4 dəfə çoxdur. Nəzərə alaq ki, o vaxt ölkədən kənara çıxmaq hələ müəyyən qədər çətin idi. Samuel Eto"O (Kamerun), Cey-Cey Okoça (Nigeriya), Əl Haci Diuff (Seneqal), Kvinton Forçun (CAR), Didye Droqba (Kot d"İvuar) kimi nəhəng futbolçular da "qara qitə"nin kainata bəxşidir. Afrikanın dünya çempionatlarında debütü 1970-ci ilə təsadüf edir.
Afrikada heykəltəraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Afrikada heykəltaraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Cənubi Afrikada turizm
Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir.
Afrikada COVID-19 pandemiyası
COVID-19 pandemiyasının 14 fevral 2020-ci ildə Afrikaya yayıldığı təsdiqləndi və ilk təsdiqlənmiş hal Misirdə elan edildi. Qara Afrikada ilk təsdiqlənmiş hadisə 2020-ci ilin fevral ayının sonunda Nigeriyada açıqlandı. Üç ay ərzində virus bütün qitədə yayıldı, çünki virusdan azad qalan sonuncu Afrika suveren dövləti Lesoto, 13 may 2020-ci ildə bir hadisəni təsdiqlədi. Mayın 26-na qədər, test imkanları məhdud olsa da, əksər Afrika ölkələrində icmalar arasında yoxluma yaşandığı ortaya çıxdı. Müəyyən edilmişdir ki, virusun əksəriyyəti qitəyə virusun yarandığı Çindən deyil, Avropa və ABŞ-dən gəlib.2021-ci il iyunun əvvəlində Afrika, 14 ölkədə artan yoluxma halları ilə üçüncü COVID infeksiyası dalğası ilə üzləşdi. İyulun 4-nə qədər qitədə 251,000-dən çox yeni Covid hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftədən 20% və yanvar zirvəsindən 12% çoxdur. Malavi və Seneqal da daxil olmaqla on altıdan çox Afrika ölkəsi yeni halların sayının artdığını qeyd etdi. Ümumdünya Səhiyyə Təşkilatı bunu Afrikanın "İndiyə qədərki ən pis pandemiya həftəsi" adlandırdı.Afrikanın müxtəlif ölkələri tərəfindən bir çox qabaqlayıcı tədbirlər həyata keçirilib. Bunlara səyahət məhdudiyyətləri, uçuşların ləğvi, tədbirlərin təxirə salınması, məktəblərin qapadılması və sərhədlərin bağlanması daxildir. Səhiyyə sistemləri daha az inkişaf etmiş bir çox Afrika ölkələrində geniş olaraq hesabatların az olduğu güman olunur.
Lagenaria vulgaris subsp. afrikana
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Madaqaskar 2: Afrikaya qaçış (animasiya, 2008)
Madaqaskar 2: Afrikaya qaçış (ing. Madagascar: Escape 2 Africa) — 2008-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Nyu-York zooparkının rahat həyat tərzinə öyrəşən heyvanlar — şir Aleks, zebr Marti, zürafə Melman və begemot Qloria Madaqaskar adasında yaşadıqları çətin həyatdan bezib buradan qaçmaq qərarına gəlirlər. Lakin təsadüfən onların hamısı Afrikaya gedib çıxırlar. Və burada Aleks uşaqlıqdan görmədiyi ailəsi ilə rastlaşır. Onlarla birlikdə olmaq nə qədər xoş olsa da, bir o qədər də çətin olur. Çünki bura vəhşi Afrika təbiətidir, qaydaları da buna uyğun yaranıb. Uzun müddət zoopark həyatı yaşayıb rəqs etməyi öyrənən Aleks üçün əsl şirlərin əhatəsində olmaq o qədər də ürək açan olmayacaq… == Xarici keçidlər == Rəsmi sayt Madaqaskar 2: Afrikaya qaçış — Internet Movie Database saytında.