Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akkuşa
Akkuşa çayı (həmçinin Aquşa və ya Bala Kür) — Azərbaycanın Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qol. Uzunluğu 63 km-dir. Keçmişdə Bala Kür çayı Qızılağac körfəzinin bir hissəsi olmuş Xurşudçalaya tökülürdü. Sonralar Kürün səviyyəsi aşağı düşdüyündən bu çaya su axmamışdır. Hazırda Bala kür çayının yatağına nasosla su vurub, ondan suvarma kanalı kimi istifadə edilir.
Akkuşa çayı
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Vasil Yakuşa
Vasil Fyodaraviç Yakuşa (30 iyun 1958, Kiyev vilayəti – 24 noyabr 2020, Minsk) — Belarus avarçəkəni. 1980 Yay Olimpiya Oyunlarında gümüş, 1988 Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanmışdır. == Həyatı == Vasil Fyodaraviç Yakuşa 30 iyun 1958-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Fəaliyyətində ilk uğuru 1980 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Yakuşa qayıqlı avarçəkmədə gümüş medal almaqla qazanmışdır. Bundan sonra o, 1981 Dünya Avarçəkmə Çempionatına qatıldı və burada Sovet İttifaqını təmsil edərək səkkizinci oldu. 1982 Dünya Avarçəkmə Çempionatına da qatılan idmançı bu dəfə ikinci dəfə gümüş medal qazanmaqla ikinci uğurunu qazanmış oldu. 1983 Dünya Avarçəkmə Çempionatında o, dördüncü oldu. 1984 Yay Olimpiya Oyunlarına boykota görə qatıla bilmədi. 1985 Dünya Avarçəkmə Çempionatında da dördüncü olan Vasil Yakuşa 1 il sonra həmin çempionatda bürünc medal qazandı. 1988 Yay Olimpiya Oyunlarına qatılmaqla ikinci olimpiya oyununa qatılan Yakuşa tərəfdaşı Oleksandr Marçenko ilə birlikdə bürünc medal qazandı.
Muad Əl Baluşi
İssam Əl Baluşi