Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banani
Banani — Malidə yerləşən kənd. Əsas əhalisi doqonlardır.
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Yapon bananı
Yapon bananı, Basio bananı və ya lifli banan (lat. Senecio ladakhensis) — banankimilər fəsiləsinin banan cinsinə aid biki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Yapon bananının güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır.Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır."Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür.Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür.Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir.Sentyabrda çiçəkləyir.Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır.Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil.Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır. == Ekologiyası == Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir.Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur. == Azərbaycanda yayılması == Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir. == İstifadəsi == Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır.Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.