Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baykovski körpüsü
Baykovski körpüsü — Rostov-na-Donu şəhərində 1864-cü ildə inşa edilən edilən körpü. Körpü Qeneralnaya axarı üzərində inşa edilmişdi. Körpü öz adını o zaman şəhər rəhbəri olmuş Andrey Matveeviç Baykovun adından almışdır. Qalıqları günümüzə gəlib çatmamışdır. == Tarixi == Tarixi Baykovski körpüsünün inşasına 1840-cı ildə bsşlanılmışdır. Bu zaman şəhər rəhbəri Andrey Romanoviç Yaşenko Qeneralnaya axarı üzərindən körpünü inşa etməyi qərara alır. Bu körpüyə ehtiyac əsasən pis havalarda yaranırdı.. Xüsusi ilə Rostov yarmarkası zamanı ehtiyac daha çox duyulurdu. Axarın digər hissəsinə keçmək provlem yaradırdı, üstəlik əşyaları digər hissəyə keçirmək olduqca çətin idi. Şəhər duması bu ehtiyacların ödənilməsi məqsədi ilə mövcud taxta körpünün yerinə daş körpünün inşasını qərara alır.
Oleq Yankovski
Oleq İvanoviç Yankovski (rus. Олег Иванович Янковский; 23 fevral 1944 — 20 may 2009) — rus sovet aktyor və kinorejissoru. SSRİ xalq artisti (1991). SSRİ Dövlət mükafatı laureatı (1987). == Həyatı == Oleq Yankovski 1944-cü ildə Qazaxıstan SSR-in Cezqazqan şəhərində anadan olmuşdur. Əvvəlcə teatr aktyoru kimi fəaliyyət göstərmişdir. Kino fəaliyyətinə 1968-ci ildə çəkilmiş "Qalxan və qılınc" (rol: Henrix Şvarskopf) filmi ilə başlamışdır. 100-ə yaxın filmdə rol almışdır. Kino sənətində göstərdiyi xidmətlərə görə 1991-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. Oleq Yankovski 2009-cu ilin mayın 20-də Moskva şəhərində vəfat etmişdir.
Tadeuş Makovskiy
Tadeuş Makovskiy (pol. Tadeusz Makowski; 29 yanvar 1882, Osventsim, Kiçik Polşa voyevodluğu[d] – 1 noyabr 1932[…], Parisin 4-cü rayonu[d]) — polyak rəssam. == Bioqrafiyası == 1902-1906-cı illərdə Tadeuş Makovskiy Krakovda yerləşən Yagellon universitetində klassik və Polşa filologiyasını tədqiq etmiş və eyni zamanda Yan Stanislavskiyin və Yozef Mexofferanın siniflərində yerli İncəsənət Akademiyasında (1903-1908) rəsm tədqiq etmişdir. Birinci Dünya müharibəsindən əvvəl T. Makovskiy, rəssam Vladislav Slevinskiy ilə birgə Bretan şəhərinə yola düşdülər. Burada kubizmin qanonlarından uzaqlaşaraq "təbiətdən öyrənməyə" başladılar. Rəssam sadəlövh realizm üslubunda landşaftları, həmçinin stilizə edilmiş məcazi kompozisiyaları əsərlərində göstərməyə çalışırdı. === Vəfatı === T. Makovskinin ölümündən sonra 1922-ci ildə 1931-ci ildə (1961-ci ildə Varşavada nəşr olunmuş) saxlanılan bir gündəlik qalmışdır. Parisdə vəfat etdikdən sonra Monmoransi qəbiristanlığında dəfn edilmişdir. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Ledóchowski S. Tadeusz Makowski.
Zenon Yankovski
Zenon Yankovski (pol. Zenon Jankowski) — Polşa ordusunun istefada olan polkovniki, kosmonavt. Yankovski 1976-cı ildə "Soyuz-30" missiyası üçün həmyerlisi Miroslav Hermaşevskinin dublyoru olmuş, 1978-ci ildə "İnterkosmos" proqramında daxil edilmişdir.