Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barelyef
Barelyef(fr. bas-relief) —heykəltaraşlığın növü. Barelyef – “baş” relyef sözündən götürülmüş alçaq relyef deməkdir. Memarlıq və dekorativ tətbiqi sənətdə geniş yayılmış bəzək növüdür. Barelyefdən əsasən bəzək qəpiklərdə xatirə lövhələrində, orden və medallarda istifadə olunur.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Bareli
Bareli, bəzən Bareyli (hind बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir. İngiltərə-Marathi müharibələrinin gedişində Britaniyanın Hindistandakı müstəmləkələrinə birləşdirilmişdir (1801).
Mişel Baçelet
Veronica Mişel Baçelet Xeriya (isp. Verónica Michelle Bachelet Jeria; 29 sentyabr 1951[…]) — Çili Respublikasının 35-ci (2006-2010) və 37-ci (2014-cü ildən) Prezidenti. == Həyatı == 29 sentyabr 1951-ci ildə Çilinin Santyaqo şəhərində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Merilenddə almışdır.Ali təhsilini 1970-ci ildə Çili Universitetinin Tibb fakültəsində almağa başlamışdır. 1975-ci ildə Humbolt Universitetində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == 1990-1993-cü illərdə Qərb Metropoliteni Səhiyyə Xidmətində, 1994-1997-ci illərdə Səhiyyə Nazirliyində məsləhətçi, 1998-2000-ci illərdə Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2000-2002-ci illərdə Çilinin səhiyyə naziri, 2002-2004-cü illərdə isə Çilinin müdafiə naziri olmuşdur.2006-cı ildə ölkə Prezidenti seçilmiş və 11 mart 2010-cu ilədək bu vəzifədə olmuşdur. 2014-cü ildə ikinci dəfə Çili Prezidenti seçilmişdir. == Ailəsi == 3 övlad anasıdır.
Neoseiulus bariles
Aşağı Bavələ (Piranşəhr)
Aşağı Bavələ (fars. باوله سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (6 ailə).
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).
Tarix qavramı barədə tezislər
Alman-yəhudi filosof Valter Benjaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. == Mahiyyəti == Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.