Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Barat Qaravəliyev
Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. == Həyatı == Barat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib. 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub.
Barat Quliyev
Barat Quliyev (dosent)
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Barat Şəkinskaya
Barat Həbib qızı Şəkinskaya (15 (28) iyun 1914, Şuşa – 14 yanvar 1999, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1949). == Həyatı == Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.)1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb.Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir. == Həyatı == Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. == Təhsili == 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. == İş təcrübəsi == 2002–2004-cü illərdə Azərbaycanda həqiqi hərbi xidmətdə tibbi məntəqə rəisi, 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının "Nefrologiya" şöbəsində, həkim-nefroloq, 2005–2019-cu illərdə M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsi, həkim-nefroloq işləyib.Paralel olaraq 2009–2012-ci illərdə "Avrasiya" klinikasında hekim-nefroloq, baş həkim, 2012–2015-ci illər "MediStyle Hospital"da həkim-nefroloq, baş həkim, 2015–2018-ci illər "Medikal Plaza" klinikasının baş məsləhətçisi olub.
Barat Quliyev (şəhid)
Barat Quliyev (22 dekabr 1991, Beyləqan – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Barat Quliyev Nizami oğlu 1991-ci il 22 dekabr tarixində Beyləqan şəhərində anadan olub. 1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb. == Hərbi xidməti == 2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmuşdur. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışmışdır. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə olub.
Barat Quliyev (əsgər)
Barat Quliyev (22 dekabr 1991, Beyləqan – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Barat Quliyev Nizami oğlu 1991-ci il 22 dekabr tarixində Beyləqan şəhərində anadan olub. 1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb. == Hərbi xidməti == 2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmuşdur. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışmışdır. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə olub.
Balhae
Bohay (kor. 渤海, 발해) — Koreyanın şimalında Şimal-Cənub Dövlətləri Dönəmində var olmuş bir Koreya Dövlətidir. 698-ci ildə Jin adı ilə Kral Go tərəfindən qurulmuş,926-cı ildə Kidanlar tərəfindən süquta uğradılmış,və torpaqları Liao xaqanlığı və Koquryo krallıqları arasında bölüşdürülmüşdür. == Ad == Krallığın adı Orta Çin tələffüzündə "震(tsyin)" olaraq səsləndirilir. Dövlətin xarakteri, əjdaha ilə eyniləşdirilmiş Yupiterin orbitinin bölünməsi olan Çin Bürcünün 5-ci Yerli Şöbəsinə aid idi. Bu, 120° (ESE ilə SE arasında) bir rulmanla əlaqələndirildi, həm də səhər 7-dən 9-a qədər olan iki saatlıq dövrlə əlaqədar olaraq şəfəq və şərq istiqaməti ilə əlaqələndirildi. 713-cü ildə Tan sülaləsi Jin hökmdarına "Bohai (Bohay) Şahzadəsi" (渤海 郡王) nəcib titulunu verdi. 762-ci ildə Tan Bohay'yi rəsmi bir krallıq olaraq tanıdı.Hal hazırda isə Bohai (Mandarin Çin dilində) və Parhae (Koreya dilində) transkripsiyaları müasir akademiyalarda da istifadə olunur. == Tarixi == === Kral Go (698–719) dövrü === Bohay 698-ci ildə Koquryo və Tunqus-Mohe tayfalarından olan köçkünlər tərəfindən quruldu, ilk kral Dae Joyeong (698–719), Tianmenlinqdə Vu Zhou sülaləsini məğlub etdikdə. Koquryo qaçqınları və Mohe tayfaları ilə birlikdə Bohay, Xitan və Evenk xalqları kimi digər azlıqlar da daxil olmaqla ərazisində müxtəlif tayfalar yaşamaqda idi.
Barbata
Barbata (it. Barbata) — İtaliyanın Lombardiya bölgəsinin, Berqamo əyalətində yerləşən kommuna . 31 dekabr 2004-cü il tarixinə görə sahəsi 8.0 km², əhalisi 628 nəfərdir. Kommunanın hamiləri müqəddəs Peter və Pauldur. Şəhər Bayramı 29 iyunda qeyd olunur. == Coğrafiyası == Milandan təxminən 50 km şərqdə və Bergamodan 25 km cənub-şərqdə yerləşir. Barbata aşağıdakı kommunalarla həmsərhəddir: Anteniate, Kamizano, Kovo, İsso, Fontanella və Kasaletto di Sopra .
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Bartaz
Bartaz (Zəngilan)Bartaz (kənd, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Bartaz (qəsəbə, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda qəsəbə.Bartaz dəmir yolu stansiyası — Bartaz dəmir yolu stansiyası. Bartaz (dağ) — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan zənciri == Barxan zənciri barxanların "buynuzlar"ının birləşməsi nəticəsində yaranmış xüsusi müsbət eol relyef formasına deyilir. Barxan zənciri barxanlardan fərqli olaraq, hakim küləklərin istiqamətinə perpendikulyar yerləşərək, uzunluğu adətən 3–5 km, nadir hallarda isə 15–20 km olur. Barxan zənciri tənha barxanlar üçün xarakterik elementlərə: az meylli uzun və qısa dik yamaca, barxan "buynuzları"na və s.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüsser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Çarhan
Çarhan (əvvəlki adı: Çarxan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == Çarhan Hun Çarın yaşadığı yer və igamətgahı olub. (Gədəbəy, Neftcala) sinonimidir. == Əhalisi == Kənd əhalisi 2823 nəfərdir ki, onunda 1374 nəfəri kişi, 1449 nəfəri isə qadınlar təşkil edir. Əhalisini azərbaycan türkləri təşkil edir. == Coğrafiyası və iqlimi == == Din == Kənddə Çarhan kənd məscidi dini icması fəaliyyət göstərir.
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlarBarak Obama — ABŞ prezidenti.DigərBarak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Avena barbata subsp. barbata
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Arundo barbata
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.