BURYÁT

is. Buryat-Monqol Muxtar Respublikasının əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam.
BURUNTULUQ
BURYATCA
OBASTAN VİKİ
Buryat dili
Buryat dili - buryatlar dili. Monqol dillərinə daxildir. Buryat Respublikasında, İrkutsk, Çita vilayətlərində və Çin Xalq Respublikasının şimal-şərqində yayılmışdır. Buryat dili ərazi baxımından 4 dialektə bölünür: qərbi (exirit-bulqar); şərqi (horin); şimali (alar-tunkin) və cənubi (sonqol-sartul). 1931–ci ildə buryat dili latın, 1939-cu ildən isə kiril qrafikasına keçirilmişdir.
Agin-Buryat Milli Mahalı
Agin-Buryat Muxtar Dairəsi və ya Agin-Buryat Milli Mahalı — Rusiya Federasiyasının subyektlərindən biri. Agin-Buryat Muxtar Dairəsi Şərqi Sibirdə, Zabaykaliyanın cənub-şərqində yerləşirdi. Ərazisi 19,592 m2 olmuşdur. Muxtar dairə ərazisi alçaq-orta dağ relyefi daxilində, Onon və İnqoda çaylarının qovşağında yerləşirdi. Muxtar dairənin əhatə etdiyi ərazinin ən yüksək nöqtəsi Alxanay dağı idi (1663 metr).
Agin-Buryat Muxtar Dairəsi
Agin-Buryat Muxtar Dairəsi və ya Agin-Buryat Milli Mahalı — Rusiya Federasiyasının subyektlərindən biri. Agin-Buryat Muxtar Dairəsi Şərqi Sibirdə, Zabaykaliyanın cənub-şərqində yerləşirdi. Ərazisi 19,592 m2 olmuşdur. Muxtar dairə ərazisi alçaq-orta dağ relyefi daxilində, Onon və İnqoda çaylarının qovşağında yerləşirdi. Muxtar dairənin əhatə etdiyi ərazinin ən yüksək nöqtəsi Alxanay dağı idi (1663 metr).
Buryatiya
Buryatiya (rus. Республика Бурятия, bur. Буряад Улас) — Rusiya Federasiyası subyektlərindən biri. Rusiyanın Asiya hissəsinin cənubunda yerləşir. Sibir federal dairəsinə daxildir. Sahəsi 351,3 min km². Əhalisi 972 134 min (2010). Paytaxtı Ulan-Ude şəhəridir. 21 rayonu, 6 şəhəri, 21 şəhər tipli qəsəbəsi var. == Dövlət hakimiyyəti orqanları == Dövlət hakimiyyəti orqanları sistemini Buryatiya Respublikasının Konstitusiyası (1994) müəyyən edir.
Buryatiya Respublikası
Buryatiya (rus. Республика Бурятия, bur. Буряад Улас) — Rusiya Federasiyası subyektlərindən biri. Rusiyanın Asiya hissəsinin cənubunda yerləşir. Sibir federal dairəsinə daxildir. Sahəsi 351,3 min km². Əhalisi 972 134 min (2010). Paytaxtı Ulan-Ude şəhəridir. 21 rayonu, 6 şəhəri, 21 şəhər tipli qəsəbəsi var. == Dövlət hakimiyyəti orqanları == Dövlət hakimiyyəti orqanları sistemini Buryatiya Respublikasının Konstitusiyası (1994) müəyyən edir.
Buryatiya Respublikasının Dövlət Başçısı
Buryatiya Respublikasının Dövlət Başçısı (Rusca: Глава Республики Бурятия; Buryatca: Буряад Уласай Толгойлогшо) və ya 1994-2012 illəri arasındakı adı ilə Buryatiya Respublikasının Prezidenti (Rusca: Президент Республики Бурятия) -- Rusiya Federasiyasına aid muxtar respublika olan Buryatiyada ən yüksək vəzifə. Səlahiyyət müddəti 5 ildir.
Buryatiya əhalisi
Buryatiya Respublikasının əhalisi 2019-cu ilə olan məlumata görə 983 273 nəfərdir. Buryatiya əhalisinin əsas hissəsini ruslar (64,9%; 2010) təşkil edir. Buryatlar – 29,5%, soyotlar – 0,4%, evenklər – 0,3%-dir. Digər qruplardan ukraynalılar (0,7%), tatarlar (0,7%), ermənilər (0,2%), almanlar (0,1%) yaşayırlar. Ölüm səviyyəsi 1000 nəfərə 11,8, doğum səviyyəsi 1000 nəfərə 17,6 nəfərdir (2013). Gözlənilən orta ömür müddəti 66,8 ildir (2012). 1996-cı ildən əhalinin sabit miqrasiya axını (10 min nəfərə 38 nəfər) səciyyəvidir, ən yüksək həddi 1997–2001-ci illərdə (10 min nəfərə 46 nəfər) qeydə alınmışdır. Əhalinin orta sıxlığı 1 km²-də 2,8 nəfərdir. Respublikanın mərkəzi və cənub hissəsi, xüsusilə Selenqa çayı və onun qolları boyu əhali daha sıx (1 km²-də 8 nəfər) məskunlaşmışdır. Şəhər əhalisi 59%-dir (2013; 1959-cu ildə 41%; 1989-cu ildə 61,6%; 2005-ci ildə 57%).
Buryatlar
Buryatlar — əsasən Rusiya Federasiyasında (Buryatiya Muxtar Respublikası), qismən də Monqolustan və Çində yaşayan monqoldilli xalq. == Əhalisi == Rusiya Federasiyasında 461,4 min nəfər (2010), o cümlədən Buryatiyada 286,8 min nəfər, İrkutsk vilayətində 77,7 min nəfər (Ust-Orda muxtar mahalında – 54), Aqa Buryat muxtar mahalında 45 min nəfər), Saxa (Yakutiya) Respublikasında 7 min nəfər yaşayır. Həmçinin Şimali Monqolustanda (Xentey, Şərq, Selenqa, Xubsuqul aymakları) təqr. 80 min nəfər, Çində (Daxili Monqolustan Muxtar Rayonu, Xulun-Buyr aymakı) təqribən 41 min nəfər, azsaylı qrupları Qırğızıstanda (əsasən, Bişkekdə), Ukraynada (əsasən, Kiyevdə) və s. yerlərdə məskunlaşmışlar. Ümumi sayları təqribən 600–620 min nəfərdir. Altay dil ailəsinin monqol qrupuna aid buryat dilində danışırlar. Rus və monqol dilləri də yayılmışdır. Dindarları buddistlər və xristianlardır, bir çoxu ənənəvi kultlarını (şamanizm, tenqriçilik və s.) qoruyub saxlayır. == Tarixi == Monqolların Baykalətrafına gəlmə tarixini müxtəlif tədqiqatçılar e.ə.
Xori-buryatlar
Xori-buryatlar(bur. хори буряадууд, хори тγмэд) — Buryatların tərkibində etnik qrup. "Monqolların gizli tarixi" əsərində bildirilir ki, Xori etnonimi Xoriday mergen adlı bahadurdan törəmişdir. Çingiz xanın qızıl şəcərəsində bir xətt izlənilir ki, o, Xori etnonimi ilə bağlıdır. Dobu mergenin xatunu Alanqova, Borte-çinonun 12 qolu Xori-tumatlardan törəmişdir. Onlar Baykal arxasında yaşayan xalqların ulularıdır. Şərqi ve Qərbi Buryatlar olaraq bilinən bu birlikdə Şərqi Buryatları monqollardan, Qərbi Buryatları isə türklərdən meydana gəlməkdədir. Buryatlar əslində Horidaylar adlanan bir birlikdən törəmişdir. Özlərini Hori Buryatları olaraq xarakterizə edən bu boy on bir soydan meydana gəlməkdə; bunların beşinin Türk kökənli, altısının isə Monqol kökənli olduğu bilinməkdədir Monqol soyundan gələn Buryat boyu Baykal Gölü kənarında yaşamaqda ve bugünkü əhalisinin 400.000 olduğu təxmin edilməkdədir Buryatların Şərq qolu olan Monqol Buryatları milli şüuru ve şaman mədəniyyəti güclü olan bir boydu. Belə ki, Buryatların şaman sistemində "Şahin və Qurd" arasında xüsusi bir əlaqə olduğunu vurğulayan inanc və tətbiqlər var.

Значение слова в других словарях