Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Begonia
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.