Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bugünki Manipur (film, 1972)
"Bugünkü Manipur" filmi — 1972-ci ildə çəkilmiş Hindistan (Meytey) filmidir. Manipur dilində çəkilmiş ilk filmdir. == Film haqqında == Manipur dilində çəkilmiş ilk filmdir. Arambam Samarendranın "Tirtha Yatra" pyesinin motivləri əsasında çəkilmişdir. 2018-ci ildə yazılmış Bobbi Vahenqbamın "Bugünkü Manipur:İlk Meytey filmi" kitabı eyniadlı filmə həsr olunmuş, kitab 65-ci Milli Kino Mükafatında ən yaxşı kino kitabı nominasiyası üzrə mükafat almışdır.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Valeri Belenki
Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib. == İdmançı karyerası == Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub.14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb. 1991-ci il dünya çempionatında SSRİ yığmasının tərkibində komanda hesabında və at üzərində hərəkətlərdə qızıl medal qazanıb.
Bugünkü Manipur (film, 1972)