QAÇA-QAÇA
QAÇAQ
OBASTAN VİKİ
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Qaçağan (Allahverdi)
Qaçağan — Tiflis quberniyasının Loru mahalında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Daşbulaq çayının yaxınlığında, Dəvədaşı dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaçağan türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevadzaq qoyulmuşdur.
Qaçağan (Marneuli)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qaçağan (Sarvan)

Qaçağan xalçaları
Qaçağan xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları Xalçanın adı Qazaxdan 50 km şimal-qərbdə müasir Gürcüstan ərazisində yerləşən Qaçağan yaşayış məntəqəsinin adından götürülmüşdür. Bu ərazidə etnik azərbaycanlılar məskunlaşmışdır. "Qaçağan" xalçaları "Borçalı" altqrupuna daxil olub Qazax rayonunda və ondan qərbdə yerləşən xalçaçılıq məntəqələrində eyni ad altında istehsal olunur. Əvvəllər burada hazırlanan xalçalar Qaçağan kəndindən 10km şərqdə yerləşən kəndin adı ilə "Muğanlı" adlanırdı. "Qaçağan" xalçalarının ara sahəsinin kompozisiyası bir-birilə nazik boğazlıqla birləşmiş romb şəkilli göllərdən ibarətdir. Bu göllərin daxilində analoji formada kiçik ölçülü göllər yerləşir. Onların konturu boyunca bir sıra ilə xırda qarmaqlar keçir. Beləliklə, kiçik ölçülü göl sanki iri formaya qarışır. "Qaçağan" xalçalarının köbə zolaqları forma etibarilə Qazax xalçalarının köbəsi ilə üst-üstə düşür. "Qaçağan" xalçalarının ölçüsü, adətən, böyük olmur.
Buxaqlı qaçağanlar
Buxaqlı qaçağanlar (lat. Thinocoridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qaçağanlar
Qaçağanlar (lat. Cicindelinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Orta və kiçik ölçülü çox qıvraq, hərəkətli böcəklərdir. Onlar çox sürətlə qaçır, narahat edildikdə isə ildırım sürəti ilə qısa məsafələrə uçur və orada fəal şəkildə qaçaraq, ov axtarmağı davam etdirirlər. Onlar qaçarkən qısa dayanacaqlar edirlər. Görünür, bu vaxt tutduqları ovu yeyirlər. Parlaq və əlvan rəngləri vardır, ancaq bu, onların yaşayış mühiti ilə ahəngdar olduğundan, təbiətdə az nəzərə çarpırlar. Bədənlərinin uzunluğu 10–12 mm-dir. Qaçağanlar bir qayda olaraq, gündüz həyat tərzi keçirən yırtıcılardır. Onların iri, oraqşəkilli çənələri olan sürfələri ətrafında kiçik çuxur olan şaquli yuva qazır, həmin yuvaya girərək başlarını çıxarır və qarışqa aslanının sürfəsi kimi, yuvaya düşən ovu tuturlar.

Значение слова в других словарях