Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Beliçi adası
Beliçi adası — Şantar adaları qrupuna daxil olan ada. Adanın sahəsi 70 km², uzunluğu 20 km, eni isə 1,5–7 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Kiçik Şantar adasından isə Opasnı boğazı ilə ayrılır. Meşələr ilə örtülüdür. Adanın şərqindən 2–2,5 km aralıda Srednı, Severnı və Yujnı adaları yerləşir. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Belici (kənd, Dərbənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
Belici (qəsəbə, Dərbənd)
Belici (rus. Белиджи) — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən qəsəbədir, rayon ərazisində qəsəbədən daha qədim tarixə sahib eyniadlı kənd də yerləşir. Belici qəsəbəsi yaşayış məntəqəsi olaraq 1899-cu ildə salınmış, 1965-ci ildə şəhər tipli qəsəbə statusu almışdır.
Dəliçay
Dəliçay — Zəngəzurun Sisian mahalının Ərəfsə (keçmiş Qarakilsə rayonunda) kəndində (eyniadlı kənd Naxçıvan MR-in Culfa rayonunda da olduğuna görə və bunların qarışdırılmaması üçün Sisian rayonundakı Ərəfsə kəndinin adı yazıldıqdan sonra mötərizədə rayonun əvvəlki adı — "Qarakilsə" sözü yazılır) çay. Çayın kəndin təsərrüfat həyatında rolu o qədər də böyük deyildir. Dağlardan sürətlə axan bu çay tez-tez daşar, nadir hallarda isə son dərəcə güclü sel gələrdi. Sel az qala ev boyda qayaları, kökündən çıxarıdığı çoxillik ağacları qabağına qatıb gətirər, böyük hay-küyə səbəb olardı. Bu səbəbdən də ona babalarımız tərəfindən Dəliçay adı verilmişdir. Görkəmli şairimiz Məmməd Araz bu çayın şəninə şeir yazmışdır. Həmin şeirə yazılmış mahnını isə sevimli müğənnimiz Arif Babayev oxuyur (Salvartıya, Dəliçaya haray salıb, O qəhrəman, o qəhrəman). Başlanğıcını Qırxlar dağlarından götürür və Ərəfsə kəndinin aşağı məhəlləsinin ortalığında Salvartıçay və Taxtakörpüçay (Abuzər) çayları ilə qovuşur. Aşağı axarlarda Bazarçay, daha sonra isə Bərgüşad çayı ilə qovuşub, Araza tökülür. Dəliçay Ermənistanın rəsmi xəritəsində göstərilmir.
Felicia
Felicia (lat. Felicia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Felicia erigeroides
Felicia erigeroides (lat. Felicia erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin felicia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster erigeroides (DC.) Harv. === Heterotipik sinonimləri === Aster erigeroides var. schultesii Harv. Aster erigeroides var. trinervius (Turcz.) Harv. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felicia natalensis
Felicia natalensis Sch.Bip. ex Walp. — Felicia erigeroides bitki növünün sinonimi. Felicia natalensis Schltr. — Felicia rosulata bitki növünün sinonimi.
Felicia trinervia
Felicia erigeroides (lat. Felicia erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin felicia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster erigeroides (DC.) Harv. === Heterotipik sinonimləri === Aster erigeroides var. schultesii Harv. Aster erigeroides var. trinervius (Turcz.) Harv. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Velikiy Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Bemici (Minnesota)
Bemici (ing. Bemidji) — ABŞ-nin Minnesota ştatında şəhər, Beltrami qraflığının inzibati mərkəzi. 2012–2016 ABŞ Siyahıyaalma Bürosunun ABŞ icma sorğusunun beşillik təxminlərinə görə, Becimici şəhərinin ümumi əhalisi 15.404 nəfərdir. Bemici şəhərində çoxlu hindilərə özəl xidmətlər, o cümlədən Hindi Səhiyyə Xidməti var. Şəhər Red-Leyk Hindu Rezervasiyası, Ağ Yer Hindu Rezervasiyası və Liç-Leyk Hindu Rezervasiyasının mərkəzidir. Bemici şəhəri Missisipi çayı sahilində salınmış ilk şəhər hesab edilir. == Etimologiya == Bemici adı Ocibve dilindəki Buh-mid-ji-ga-maug sözündən törəmişdir, "çarpazlaşan sulu bir göl" mənasını verir. Əksinə, şəhər Ocibve dilində Wabigamaang adlanır və "göl boğazlarında" mənası verir, çünki şəhərin bir hissəsi Bemici və İrvinq göllərinin boğazları üzərində yerləşir. Bəzi mənbələr şəhərin adını Bemici rəis ilə əlaqələndirir. == İqtisadiyyat == Bemici şəhərinin böyüyən bir iqtisadiyyatı var.
Bilici (kənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
Bilici Qorğan
Bilici Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Bilici Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Bilici oymağı
Bilici oymağı — Kəngərli elinin oymaqlarından biri. Bu oymağın nümayəndələri Naxçıvan xanlığının qurulmasında, genişlənməsində önəmli rol oynamışdılar. Elin vəkilləri çox zaman bu oymaqdan çıxırdı. Bilici oymağının əhalisi həm də Naxçıvan xanlığının silahlı qüvvələrinin əsasını təşkil edirdi. Oymağın çox, qələbəlik sayda olması qoşun toplamaq işini asanlaşdırırdı. Naxçıvan xanları vilayət daxilində nizam-intizamı qorumaq, kənardan xanlığa qarşı törənən hər hansı bir təhlükənin qarşısını almaq üçün Bilici qoşunundan daim istifadə edirdilər. Bilici oymağının Ərəbxanlı, Qışlaq, Tat adlı oba və kəndləri vardı. Bilici oymağından xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli.
Dağ Bilici
Dağ Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Dağ Bilici kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin birinci komponenti (dağ) onu digər eyniadlı oykonimdən (Düz Bilici) fərqləndirməyə xidmət edir, ikinci komponent isə kəngərlilərin bilici tayfasının adını əks etdirir, "dağlıq ərazidə olan Bilici kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == Kəndin əhalisi 696 nəfər təşkil edir. Əhalisi tamamilə tatlar dan ibarətdir. Əsas ünsiyyət vasitəsi tat dilidir. Bu kənd tat adət-ənənəsini yaşadan nadir kəndlərdəndir. == Mədəniyyəti == Dağ Bilici kəndində tat xalqının mədəniyyətini yaşatmaq və təbliğ etmək məqsədilə Xınayaxdı folklor ansamblı fəaliyyət göstərir.
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
İzabela Belçik
İzabela Monika Belçik (pol. Izabela Monika Bełcik; 29 noyabr 1980) - 29 noyabr, 1980-ci ildə Polşanın Malbork şəhərində anadan olub. 2005-ci ildə ilk dəfə Polşa milli komandada iştirak etdi. Polşa komandalarında voleybol karyerasını davam etdirdi. Polşa milli komandasının heyətində 2003 və 2005-ci illərdə Avropa çempionatının qızıl medalını qazanıb. İzabela Belçik karyerası başladıqdan bəri 6 komandada oynayıb: İzabela Belçikin bir çox idman nailiyyətləri olubdur.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Belizin baş nazirləri
Belizin baş nazirləri (ing. List of Prime Ministers of Belize) — Beliz baş nazirləri. Hazırda Belizin baş naziri Din Barroudur.
Belıy Navalok burnu
Belıy Navalok (rus. Белый Наволок) — burun Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda, Murmansk vilayətinin şimal-qərbində yerləşir. Burun vulkanık suxurların səthə çıxmasından formalaşmışdır. Əsasən qranit və qneysdən təşkil olunmuşdur. Sahilə yaxın ərazilərdə su altı və su üstü adacıqlar vardır.
Belçi̇ka milli kitabxanası
Belçika Kral Kitabxanası — Belçikanın elmi kitabxanasıdır və Brüssel şəhərində yerləşir. 1559-cu ildə II Filippinin əmri ilə burqund hersoqlarının topladıqları əlyazmalar Kaudenberq sarayına köçürülür. 1731-ci ildə saray yanır və kitabxananın müəyyən hissəsi xilas edilir. 19 iyun 1837-ci ildə Belçika Kral Kitabxanası təsis edilir.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. == Həmçinin Bax == Azərbaycan ədəbiyyatı == Mənbə == Bakıxanov, Abbasqulu ağa.