Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolozon
Bolozon (fr. Bolozon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. İzernor kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01051. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 94 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 66 nəfər arasında (15-64 yaş arasında) 50 nəfər iqtisadi cəhətdən fəal, 16 hərəkətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 66,1%) olmuşdur. Fəal 50 sakindən 46 nəfəri (25 kişi və 21 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. 16 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 9 nəfər - təqaüdçü, 2 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bеlоvаr
Bеlоvаr (xorv. Bjelovar) — Xorvatiyanın mərkəzində yerləşən bir şəhər. Bеlоvаrskо-Bilоqоrskаya vilayətinin mərkəzidir. 2011-ci il siyahıyaalınma məlumatlarına görə 40,276 sakin var idi, onlardan 91,25% xorvatlar idi. Şəhərin qurulmasında ən vacib amil Mərkəzi Xorvatiyanı Osmanlı işğallarından qorumaqdır.
Belfor (rayon)
Belfor (fr. Belfort) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Belfor ərazisi. Suprefektura — Belfor. Rayon əhalisi 2006-cı ildə 141201 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 232 nəf / km². Rayon ərazisi — 609 km².
Belfor ərazisi
Belfor ərazisi — Frnsanın şərqində, Burqundiya - Franş-Konte regionunda yerləşən departament. 1922-ci ildə Belfor ərazisi əsası qoyulmuşdur. Sıra sayı 91, inzibati mərkəzi isə Belfor şəhəridir. 2010-cu ilin məlumatlarına əsasən departament ərazisində olan əhalinin sayı 146.475 nəfərə çatmışdır. == Coğrafiyası == Departamentin ərazisi 609 km²dir. Əraziyə 1 rayon, 15 kanton və 102 kommun daxildir. == Tarixi == Belfor ərazisi kimi tanınan Fransa departamenti 1871-ci ildə Frankfurt müqaviləsi şərtləri ilə yaradılmışdır. 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi sonunda Almaniya ilə Fransa arasında Frankfurt sülh müqaviləsi bağlanmışdı. Müqavilə şərtlərinə görə yeni qurulmuş Almaniya Elzas və ərazinin dörd hissəsini: Lotaringiya, Yuxarı Reynin cənub-qərb və sərhədlərin böyük bir hissəsini zəbt etdi, yalnız Belfor şəhəri Fransanın tərkibində qaldı. 1922-ci ildə Elzası Fransanın sərhədlərinə qaytarılması gözlənilirdi.
Bozor (Bakalı)
Bozor (başq. Бозор, rus. Бузюрово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bozor kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kuryaşen (61 %) üstünlük təşkil edir.
Bozor Sobir
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر‎; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013). Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur. Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac.