Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belveder 21
Belveder 21 (alm. Belvedere 21‎; 2018-ci ilə qədər bina 21- ci ev adlanırdı, alm. 21er Haus‎21; 2011-ci ilin noyabrına qədər isə 20-ci ev adlanmış, alm. 20er Haus‎)— şüşədən və poladdan hazırlanmış ev. Bina 1958-ci ildə arxitektor Karl Şvanser tərəfindən modernizm üslubunda inşa edilmişdir. Bina avstriya pavilyonu kimi ümumdünya sərgisi (Ekspo 58) üçün nəzərdə tutulmuşdur. == Tarixi == 1958-ci ildə Şvanserin bu layihəsi innovativlik və perespektivlik baxımdan «Qran-pri memarlıq» mükafatına layiq görülmüş. (fr. Grand Prix d’Architecture). Şavaner öz layihəsində ən az xərc hesabına maksimal effekt əldə etməyə çalışmışdır.
Belveder sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Belvedere sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Belveder (Dənizkənarı Alplar)
Belveder (fr. Belvédère) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokbiyer kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 75,41 km², əhalisi — 683 nəfərdir (2006) artım tendensiyası ilə: 640 nəfər (2012), əhalinin sıxlığı 8,48693807187376 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 640 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 640 nəfər.
Believer
"Believer" — Amerikan rok qrupu olan Imagine Dragons tərəfindən ifa olunmuş mahnıdır. Musiqi ilk dəfə 2017-ci ilin fevralın 1-də nümayiş edilmişdir. Musiqinin klipi 2017-ci il mart ayının 7-si yayımlanmışdır və burada Dolf Lundqren rol alıb. "Believer" nüfuzlu musiqi hit-paradı olan Billboard Hot 100-də top 20 siyahısına daxil olmuş həmçinin Billboard "Hot Rock & Alternative Songs" siyahılarında üst pillələrdə qərarlaşmışdır. Əlavə olaraq "Canada Alternative Rock Chart", "Rock Airplay", "Rock Streaming Songs", "Rock Digital Sale Songs" kimi musiqi siyahılarında üst pillələrdə yer tutmuşdur. Musiqi həmçinin Çexiya, İtaliya, Slovakiya, Avstriya, Portuqaliya və İsveçrədə ilk 10-luğa daxil olmuşdur.
Belqoder
Belqoder (fr. Belgodère, kors. Belgudè) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Belqoder kantonuna daxildir. Kommunanın dairəsi — Kalvi. Kommunanın INSEE kodu — 2B034. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 477 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Bələdə
Bələdə — İranın Mazandaran ostanının Nur şəhristanının Bələdə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,134 nəfər və 339 ailədən ibarət idi.
Frederik Beqbeder
Frederik Beqbeder (Fransızca: [fʁedeʁik bɛɡbeˈde]; 21 sentyabr 1965-ci ildə Neuilly-Sur-Seine bölgəsində dünyaya gəlmişdir) fransız yazıçı və ədəbi tənqidçidir. O, 2003-cü ildə Windows on the World romanı ilə Prix Interallié mükafatını qazanmışdır. 2005-ci ildə Alain Decaux, Richard Millet və Jean-Pierre Thiollet (İjon-Piser Sullyet) ilə birlikdə Beyrut Kitab Sərgisinin iştirakçılarından biri idi. Həmçinin 2009-cu ildə Un roman français romanı ilə Prix Renaudot mükafatına layiq görülmüşdür. Flore və Sade mükafatlarının qurucusudur. == Romanları == Komada bayram (Vacances dans le Coma) (1997) Məhəbbət üç il yaşayır (L’amour dure trois ans) (1997) 99 Frank (99 Francs) (2000) Dünyanın pəncərələri (Windows on the World) (2003) Romantik eqoist (frans.