Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel Berjenyi
Daniel Berjenyi (mac. Berzsenyi Dániel; 7 may 1776[…] – 24 fevral 1836[…], Nikla[d], Şomod) — Macarıstan yazıçısı. Berjenyi Macarıstan ədəbiyyatının ən ziddiyyətli şairlərindən biri idi. O, həyatı boyu fermaçı olmuşdur, lakin hər zaman Macarıstan ədəbiyyatında baş verən dəyişikliklərə yaxın olmaq istəyirdi. Həll edə biləcəyini düşündüyü bu çaşqınlıq sonralar onu təkəbbürlü, özünəqapanan və acı bir şair kimi formalaşdırdı. Əsərlərində klassisizmin, sentimentalizmin və romantizmin əlamətləri özünü göstərirdi. == Həyatı == Berjenyi zadəgan ailəsinin yeganə övladı idi. Atasının hüquq dərəcəsi almağına baxmayaraq özü heç vaxt hüquqla maraqlanmamış və fermada işləmişdir. Atası hesab edirdi ki, zəif və xəstə oğlunun fermada işləməsi onu daha fiziki cəhətdən möhkəmləndirəcək. Onun fikrincə, uşaqlara on yaşından sonra məktəbə getməlidirlər.