Daniel Berjenyi (mac. Berzsenyi Dániel; 7 may 1776[1][2][…] – 24 fevral 1836[1][2][…], Nikla[d], Şomod) — Macarıstan yazıçısı.[3]
Daniel Berjenyi | |
---|---|
mac. Dániel Berzsenyi von Egyházasberzseny | |
Doğum tarixi | 7 may 1776[1][2][…] |
Vəfat tarixi | 24 fevral 1836[1][2][…] (59 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | şair, yazıçı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Berjenyi Macarıstan ədəbiyyatının ən ziddiyyətli şairlərindən biri idi. O, həyatı boyu fermaçı olmuşdur, lakin hər zaman Macarıstan ədəbiyyatında baş verən dəyişikliklərə yaxın olmaq istəyirdi. Həll edə biləcəyini düşündüyü bu çaşqınlıq sonralar onu təkəbbürlü, özünəqapanan və acı bir şair kimi formalaşdırdı. Əsərlərində klassisizmin, sentimentalizmin və romantizmin əlamətləri özünü göstərirdi.
Berjenyi zadəgan ailəsinin yeganə övladı idi. Atasının hüquq dərəcəsi almağına baxmayaraq özü heç vaxt hüquqla maraqlanmamış və fermada işləmişdir. Atası hesab edirdi ki, zəif və xəstə oğlunun fermada işləməsi onu daha fiziki cəhətdən möhkəmləndirəcək. Onun fikrincə, uşaqlara on yaşından sonra məktəbə getməlidirlər.
1788-ci ilin payızında 12 yaşı olan Berjenyi Şoprondakı evangelist liseydə təhsil almağa başladı. O, müəyyən fasilələrdə orada yeddi il keçirmişdir. Yaşının çox olduğundan, məktəbin nizam-intizam qaydalarına qarşı çıxırdı və tez-tez dərslərdən qaçırdı. 1793-cü ildə Şoprondakı təhsilini yarımçıq qoyaraq orduya yazıldı, lakin bir ildən az müddətdə orada qaldı.
Təhsilini yarımçıq qoymasına baxmayaq burada keçirdiyi illər onda dərin təəssürat yaratdı. Bir sıra kitabları oxudu, latın və alman dillərində əsas elm sahələri ilə bağlı üstün biliklərə nail oldu.
Atasının onun Şoprondakı davranışları qəbuledilməz hesab etdiyindən ikisi arasındakı münasibət getdikcə daha da pisləşdi. Ailəsindəki qarşıdurmalara Şoprondan evinə deyil, Nikla şəhərində əmisinin yanına getdi. Bir neçə ildən sonra atasını görməyə getsə də, 1794-cü ilin payızında anasının ölümü bu vəziyyəti daha da pisləşdirdi. Anası hər zaman ikisi arasındakı münasibətləri qaydasına salmağa çalışırdı.
Atasından uzaqlaşmaq üçün 14 yaşındakı xanımla ailə həyatı qurdu və Şömjen yaxınlığında öz şəxsi fermasını yaratdı. Bir müddət sonra tanınmış fermaçı oldu. 1804-cü ildə Şomod əyalətinin Nikla şəhərinə köçdü. Bir tərəfdən fermaçı kimi öz nailiyyətlərini yüksək qiymətləndirsə də, ətrafında ədəbiyyat və elm haqqında müzakirə edə biləcəyi şəxslərin olmamısı onu çox məyus edirdi.
Berjenyi 20 yaşından (1796) başlayaraq poemalar yazmağa başlamışdı, lakin onları dostlarından və ailəsindən gizləyirdi. 1803-cü ildə övladlarının xaç atası Yanoş Kiş onun poemalarını gördü və əsərlərindən üçünü Ferents Kazintsiyə göndərdi. Kazintsi əsərləri oxudu və Berjenyiyə mail yazaraq əsərləri haqqında ilkin təəssüratlarını onunla bölüşdü. Berjenyi də ona cavab yazdı və beləcə, onlar arasında uzunmüddətli məktublaşmalar başladı.
Berjenyi Nikla şəhərini tərk eləməyi sevmirdi. Sadəcə iki dəfə Peşt şəhərini ziyarət etmişdir; 1810-cu ilin may ayında və 1813-cü ildə mayın sonunda. 1812-ci ildə Vnaya şəhərində olarkən kitabının üz qabığı üçün öz portretini çəkdirdi.
1810-cu ildən sonra ailə vəziyyəti və fermadakı işləri ilə əlaqədar olaraq yaradıclığında durğunluq başladı. Yalnızlığı, əhval-ruhiyyəsi və sağlamlığındakı problemlər onu çox həssas etmişdi. 1816-cı ildən sonra sağlamlığı ilə bağlı problemləri artdı. Bir müddət ədəbi tənqid ilə də məşğul olmuşdu.
1836-cı ilin 24 fevralında Nikla şəhərində vəfat etmişdir.