Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reseda
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Trayan Besesku
Trayan Besesku (4 noyabr 1951) — Rumıniyalı ictimai-siyasi xadim, Rumıniya prezidenti.
Yelena Besesku
Yelena Besesku (rum. Elena Băsescu; 24 aprel 1980, Konstansa) — Rumıniya siyasətçisi; Rumıniyanın Demokratik Liberal partiyasının gənclər təşkilatının nümayəndəsi; həmçinin Avropa parlamentinin deputatıdır. Rumıniya prezidenti Trayan Beseskunun qızıdır. 24 aprel 1980-ci ildə Konstansada anadan olub. İqtisadi sahədə təhsili var. Əvvəllər top-model olaraq çalışıb. 14 iyul 2009-cu ildən müstəqil namizəd kimi Avropa parlamentinə seçilib.
İvan Besedin
İvan Besedin — Moskva metropoliteninin rəisi, Texnika elmləri namizədi. İvan Sergeyeviç Besedin 1954-cü ildə Bakıda doğulub. 1976-cı ildə Moskva Dəmiryol Nəqliyyatı Mühəndisliyi İnstitutunu bitirib. 1985-ci ildən SSRİ-nin, sovet quruluşu dağılandan sonra isə müstəqil Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində çalışıb. 1993–1995-ci illərdə nəqliyyat nazirinin müavini, 1995-99-cu illərdə nazirin birinci müavini olub. 2000-2001-ci illərdə Varşava Dəmiryolu Əməkdaşlığı Təşkilatının sədr müavini işləyib. 2006-cı ildən Kalininqrad Dəmiryolunun rəisi idi. Texnika elmləri namizədidir.
Reseda alba
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.
Beska körpüsü
Beska körpüsü (serb. Мост код Бешке /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir. == Görünüşü == Əvvəlcə körpü memar Branko Zezeljin (serb. Branko Žeželj) layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi.
2016 Eseka qatar qəzası
2016 Eseka qatar qəzası — 21 oktyabr 2016-cı ildə Kamrail şəhərlərarası sərnişin qatarının Kamerunun paytaxtı olan Yaunde şəhərindən Kamerunun ən böyük şəhərlərindən biri olan Duala şəhərinə gedən relsinin Mərkəzi Regionun Eseka şəhəri yaxınlığında relsdən çıxıb qəzaya uğradığı qatar qəzasıdır. Qatar qəzası nəticəsində 79 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Bəzi şəxslər hələ də qatar vaqonları nömrələrində qalıblar. Bu qəza 2007-ci ilin avqust ayında baş verən Benaleka qatar qəzasından bəri Afrika qitəsində baş verən ən dəhşətli dəmir yolu qəzası hesab olunur. == Arxa planda == Fransanın Bollor şirkətinin öhdəliyində olan Kamrail Sitarail, həmçinin Fransanın keçmiş müstəmləkələri olan Burkina-Faso və Kot-d’İvuarın dəmir yolu xidmətlərini yerinə yetirən müəssisə kimi fəaliyyət göstərir. 2016-cı ilin sentyabr ayında Sitaraildə körpü dağılandan sonra Sitarail qatarlarının qəzaya uğraması böyük diqqətə səbəb olmuşdur. Hadisə Qərbi Afrika ölkələri arasında beynəlxalq qatar sisteminin bağlanmasına səbəb olub. Bollor şirkətinin rəhbərlik qrupuna Fransalı məşhur milyarder Vinsent Bollor başçılıq edir. (Siril Bollorun oğludur, Bollor Nəqliyyat və Logistika şirkətinin direktoru və 2016-ci ilin yanvar ayından etibarən Kamrail şirkətinin sahibi) Həmçinin Bollor Qərbi Afrika Regional Dəmiryolu xəttinin tərtib edilməsi çərçivəsində Fransanın Qərbi Afrikada əlavə dəmir yolu xətlərinin inşası və istismarı ilə bağlı planlarının yaradıcısıdır. == Qəza == Hadisə iştirakçılarının yer aldığı və Kamrailə məxsus sərnişin qatarı paytaxt Yaundedən ölkənin ən böyük iqtisadi şəhəri olan Duala şəhərinə gedirmiş.