Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyanka Kostova
Boyanka Kostova (10 may 1993, Plovdiv) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi. == Karyerası == Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu. 2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu.
Yovanka Radiçeviç
Yova Radiçeviç (23 oktyabr 1986, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Yova Radiçeviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Yova Radiçeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Lankasterli Blanka
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Dmitriyevo Polyanka (Şaran)
Dmitriyevo Polyanka (başq. Дмитриева Поляна, rus. Дмитриева Поляна) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (50%) üstünlük təşkil edir.
Vesyolaya Polyanka (Bakalı)
Vesyolaya Polyanka (başq. Веселая Поляна, rus. Весёлая Поляна) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Kəstəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 29 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 102 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (82%) üstünlük təşkil edir.
Zelyonaya Polyanka (Əbyəlil)
Zelyonaya Polyanka kəndi (başq. Зелёная поляна) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. Совет муниципальных образований Республики Башкортостан.
Blanka, Klara və Kandida
Blanka, Klara və Kandida — novella ilkin variantda "Hakendovr zəvvarları" adı altında "Ulenşpigel" jurnalında çap olunmuşdur. Bu topluya daxil olan həcmcə ən kiçik əsərdir. Söhbət "Flamand əfsanələri" toplusundan gedir. Bu, topluya daxil olan dörd əsərdən biridir. Müəllifi Şarl de Koster olmuşdur. Bu novella poetik səciyyəli bir əsərdir. Bu novellanın birinci hissəsi arxaik, qalan iki hissəsi isə müasir fransız dilində yazılmışdır. Bu əsərdə üç bacının Hakendovrda kilsə tikməklərindən bəhs edir. Bu novellanın əsasını təşkil edən əfsanəni həmin kilsənin ruhaniləri 1472-ci ildə latın dilində qələmə almışdırlar.