Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Briqada
Briqada — alaydan böyük, diviziyadan kiçik əsgəri taktika vahid. Personal sayı ehtiyaclara görə dəyişməklə birlikdə 5.000 əsgərdən ibarət olan hərbi birliklərdir. Təşkilatında piyada bölüklərinden, tank gücünə, istehkam bölüyünə hər cür xəbərləşmə vahidinə malikdir. Briqadanın ən əhəmiyyətli xüsusiyyəti, öz-özünə çata bilən ən kiçik əsgəri birlik olmasıdır. Komandiri polkovnik, general-mayor, kontr-admiraldır. Briqadalar tabeçiliyində fərqli alaylar saxlaya bilər. Təşkilatlarındakı ana döyüşçü ünsürə görə piyada briqadası, tank briqadası, topçu briqadası olaraq təyin olunurlar. == Zirehli briqada == Əsas döyüş ünsürü tank olan briqadalardır.
Qranada
Qranada (isp. Granada) — İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən şəhər. 1492-ci ilə kimi Qranada əmirliyinin paytaxtı olmuşdur. Əndəlus müsəlmanlarının tikdiyi məşhur Əlhambra sarayı bu şəhərdədir.
Pravda
Pravda (qəzet) — qəzet. Pravda (jurnal) — Pravda — 3 iyul 1998-ci ildə adı dəyişdirilərək Qılıncbəyli adlandırılmış kənd.
Briqada generalı
Briqadir — polkovnik hərbi rütbəsindən yuxarı, general-mayor rütbəsindən aşağı hərbi rütbə. Bəzi ölkələrdə o briqada generalı adlanır.
Qranada FK
Qranada FK — Qranada şəhərini təmsil edən ispan futbol klubu. == Tarixi == Klub 14 aprel 1931-ci ildə Recreativo Granada adı ilə yaradılıb. 1941-ci ildə klub La Liqada debüt etdi və 1959-cu ildə Kral Kubokunun finalına çıxdı və orada "Barselona"ya uduzdu. Ümumilikdə, klub Primerada 17 mövsüm keçirdi ki, sonuncu mövsüm 1975/76-dır. O vaxtdan bəri komanda əsasən Sequnda B-də çıxış edib (33 mövsümdən 22 mövsüm). 2009-cu ildə klub bağlanmaq ərəfəsində idi, lakin Qranada Udineze ilə tərəfdaşlıq müqaviləsi bağlayaraq xilas oldu . Nəticədə, əsasını “Udineze”dən icarəyə götürənlərdən təşkil edən klub Sequndaya, növbəti mövsümdə isə Primeraya yüksələ bildi. 2016/17 mövsümünün sonunda klub İspaniya ikinci divizionuna düşüb. İki mövsümdə yenidən yüksək liqaya qayıda bildi. 2019/20 mövsümü “Qranada” üçün “Vilyarreal”la (4:4) qatil oyunu ilə başladı.
Qranada Konfederasiyası
Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət. == Tarixi == 1853-cü ildə Yeni Qranada Respublikasında konsitutsiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir. 27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir.
Qranada Universiteti
Qranada Universiteti (isp. Universidad de Granada) — İspaniyanın Qranada şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1531-ci ildə qoyulmuşdur. == Fakültələri == Universitetin fakültələri bunlardır: Hüquq fakültəsi; İqtisadiyyat və biznes fakültəsi; Tibb fakültəsi; Əczaçılıq fakültəsi; Psixologiya fakültəsi; Kompüter elmləri fakültəsi; Sosial elmlər fakültəsi; Memarlıq fakültəsi; Mülki inşaat fakültəsi; Xarici dillər fakültəsi; Fəlsəfə fakültəsi; Fizika fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi. == Kitabxanası == Universitet zəngin kitabxanaya malikdir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür. == Reytinqi == == Qəbul qaydaları == Universitetə qəbul olmaq üçün əsas şərt dil bilikləri səviyyəsinin yüksək olmasıdır. İspan dilinin minimal səviyyəsi DBE olmalıdır.
Qranada qətliamı
Qranada qətliamı — 1066-cı ildə Qranada şəhərində yaşayan yerli yəhudiəsilli əhaliyə qarşı törədilmiş qətliam. Hadisə 1066-cı ilin 30 dekabr tarixində (İbrani təqvimlə: 9 Tevet, 4837-ci il) baş vermişdir. Hadisələr İslam hakimiyyətinə tabe olan Əndəlus bölgəsinin Qranada şəhərindəki dövlət sarayında yəhudi əsilli vəzir Yozef ibn Nagrela qarşı sui-qəsd ilə öldürülməsindən sonra şiddətlənmişdir. Yəhudi əsilli vəzirə qarşı törədilmiş hadisədən sonra şəhərdə yaşayan bir çox yəhudi öldürülmüş və yəhudilərə məxsus mülklərə ziyan vurulmuşdur. == Arxa plan == Yozef ibn Nagrela və ya tarixi mənbələrdə xatırlandığı kimi Yozef ha-Nagid (ivr. ‏רבי יהוסף בן שמואל הלוי הנגיד‏‎ ; ərəb. ابو حسين بن النغريلة‎) Berber hökümdarı Bədis əl-Müzəffərin sarayında vəzir kimi çalışırdı və eyni zamanda Qranada şəhərindəki yəhudi icmasının rəhbəri kimi də tanınmaqda idi. Rabbi Samuel adlı yəhudinin ailəsində dünyaya gələn Yozef ilk təhsili atasından almışdır. Atasının vasitəsilə ivrit dilində yazılmış şeirlərlə tanış olmuş və ivrit ədəbiyyatı ilə daha yaxından maraqlanmağa başlamışdır. Qeydlərinə əsasən 1045-ci ildə atası ilə birlikdə hərbi səfərlərə çıxmışdır.
Qranada əmirliyi
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
İravadi dairəsi
İravadi dairəsi (birm. ဧရာဝတီ) — İravadi çayının deltasında yerləşən, Myanmada inzibati ərazi vahidi olan dairələrdən biri. Şimalda Pequ inzibati dairəsi ilə, şərqdə Yanqon dairəsi ilə həmsərhəddir. Qərbdə Benqal körfəzinə və cənubda Andaman dənizinə çıxışı vardır. Şimal-qərbdə Rakxayn milli dairəsi ilə həmsərhəddir. Dairə 15° 40' və 18° 30' s.ş. arasında, 94° 15' və 96° 15' ş.u arasında yerləşmişdir. Dairənin əhalisi 2012-ci il məlumatlarına əsasən 7 759 243 nəfərdir. Bu, əhalinin sayı üzrə Myanmada ikinci ən çox məskunlaşılmış dairədir. Əhali sıxlığı 220,82 nəfər/km²-ə bərabərdir.
İravadi delfini
İravadi delfini (lat. Orcaella brevirostris) — Delfinlər fəsiləsinə, İravadi delfinləri cinsinə aid növ. == Xariçi görünüş == Bu canlılar digər delfinlərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənirlər. Başlarənın ön hissəsələri donqardır. Sinə üzgəcləri enli və üçbucaqdır. Bel üzgəcləridə üçbucaqdır. Üzərləri boz-mavi, göyümtül-boz, qarın nahiyyəsi isə nisbətən açıq rəngdə olur. Dişlərinin eni qısa, uzunluğu isə 1 sm-dir. Çəkiləri 114–143 kq, uzunluqları 146–275 sm-dir. Erkəklər bir qayda olaraq iri olurlar.
İravadi delfinləri
İravadi delfinləri (lat. Orcaella) — Delfinlər (Delphinidae) fəsiləsinə daxil olan cins. == Nümayəndələri == 2005-ci ilə qədər monotip cins hesab edilirdi. Sonradan isə Avstraliya dikburun delfini cinsə daxil edilmişdir. == Yayılması == Bu cinsə daxil növlər əsasən Hind okeanında Benqal körfəzindən Avstraliyanın şimal sahillərinə qədər olan ərazilərdə yayılmışdır.
İravadi çayı
İravadi(birm. ဧရာဝတီ — Eyavadi) — Myanmada çay. İravadi Myanmanın ən böyük çayıdır. Uzunluğu 2170 metrdir. Ölkənin vacib su nəqliyyatı arteriyasıdır. Çay hövzəsinin sahəsi 411 000 km²-dir. İravadi deltasında yaşayan bir çox xalqlar üçün çay müqəddəs hesab olunur. İravadi sözü ehtimal olunur ki, sanskrit mənşəlidir — airavati, yəni "filli çay" deməkdir. == Ümumi məlumat == İravadi çayı öz mənbəyini Kaçin milli diyarından, Mali və Nmay çaylarının birləşdiyi yerdən götürür. Bu çaylar birləşənə qədər Himalayın cənub-şərq bölgəsi boyu bir birinə paralel axırlar.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Mimocichla ravida
Böyük Kayman qaratoyuğu (lat. Turdus ravidus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Mokşen pravda
Mokşen pravda (rus. Мокшень правда; mokş. Мокшанская правда) — Mordoviyada nəşr olunan mokşa dilində qəzet. Sahibləri Rusiya hökuməti və Mordoviya Dövlət Məclisidir. Həftədə bir dəfə nəşr olunur. Tirajı 4500 nüsxədir. 1970-ci illərdə tiraj 8 min nüsxə idi. Qəzet respublikada baş verən ictimai, siyasi və iqtisadi hadisələrlə bağlı materiallar dərc edir, həmçinin mokşa dili və mədəniyyəti ilə əlaqədar məsələləri işıqlandırır.
Pravda (qəzet)
Pravda (rus. Правда,"Həqiqət") — Rusiyada yayımlanan, 11 milyon tirajla ən nüfuzlu qəzetlərdən biri olduğu vaxtlarda Sovet İttifaqı Kommunist Partiyasının rəsmi qəzeti olan Rusiyadakı böyük ölçülü qəzetidir. == Tarixi == Qəzet 5 may 1912-ci ildə Rusiya imperiyasında nəşr olunmağa başlamış, ancaq 1911-ci ilin yanvarında xaricdə yayılmışdır. Oktyabr inqilabından sonra Sovet İttifaqının aparıcı qəzeti olaraq meydana çıxdı. Qəzet 1912-ci ildən 1991-ci ilədək KP MK-nın rəsmi orqanı idi. Sovet İttifaqının dağılmasından sonra Pravda Rusiya Prezidenti Boris Yeltsin tərəfindən 1996-cı ildə Yunan biznes ailəsinə satıldı və qəzet özəl Pravda İnternational şirkətinin nəzarəti altına keçdi. 1996-cı ildə Pravda İnternational şirkətinin sahibləri ilə Pravda jurnalistlərinin bəziləri arasında Pravdanın fərqli qurumlara bölünməsinə səbəb olan daxili mübahisə yarandı. Rusiya Federasiyası Kommunist Partiyası Pravda kağızını aldı, bəzi orijinal Pravda jurnalistləri isə Rusiyanın Kommunist Partiyasına bağlı olmayan ilk onlayn qəzeti (və ilk onlayn ingilis dilli qəzet) Pravda.ru-nu yaratdı. Rəqib tərəflər arasında hüquqi mübahisədən sonra Rusiya arbitraj məhkəməsi hər iki qurumun Pravda adından istifadə etməyə davam etməsinə icazə verilməsini təmin etdi. Pravda qəzeti bu gün Rusiya Federasiyası Kommunist Partiyası tərəfindən idarə olunur, halbuki onlayn Pravda.ru özəldir və rus, ingilis, fransız və portuqal dillərində nəşr olunmuş beynəlxalq nəşrləri var.
Pravda qəzeti

701-ci Briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
Briqada (teleserial, 2002)
Briqada — 2002-ci ilin çoxseriyalı Rusiya istehsalı filmi. Film 15 seriyadan ibarətdir. Burada hadisələr 1989–2000-ci illəri əhatə edir. Filmdə dörd dostun cinayətkar qruplaşma şəklində birləşməsindən bəhs olunur. Onların başçısı Aleksandr Belov (Saşa Belıy) olur. Teleserial "Avatar" film kompaniyası tərəfindən çəkilmişdir. == Məzmun == Süjet xətti eyni həyətdə böyümüş, dörd sıradan moskvalı gəncin başına gələnlərdən ibarətdir. Dostlar pul qazanmaq haqda düşünürlər. Lakin baş vermiş qətl hadisəsi bütün planları alt-üst edir. Geriyə yol yoxdur!
La donna gravida
La donna gravida (it. La Gravida) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "La donna gravida" əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində saxlanılır.
Vanqapandu Prasada Rao
Vanqapandu Prasada Rao (1943 – 4 avqust 2020) — Hindistanlı şair, bəstəkar, aktyor. == Həyatı == Vanqapandu Prasada Rao 1943-cü ildə Andra Pradeş şəhərinin Vizianaqaram rayonunun Caqanadham kəndində anadan olmuşdu. Teluqu əsilli hind idi. 1972-ci ildə inqilabi partiya olan Cana Natya Partiyasını qurmuşdu. Bu partiya Hindistan Kommunist Partiyası ilə bir ideologiyada idi. 1980-ci ildən sonra daha çox bəstələrə üstünlük verən Raonun 300-dən çox bəstəsi var idi. Onun mahnıları Hindistanın düz 10 dilinə tərcümə olundu və oxundu. Son mahnılarından olan "Yantrametta" (Azadlığımız) ABŞ-də ingilis dilinə tərcümə olunmuş və oxunmuşdu. Rao bu mahnı ilə ilk dəfə ölkəxaricində tanınmışdı. O, deyirdi : "6-ya yaxın filmdə rol almışam.
Yeni Qranada Respublikası
Yeni Qranada Respublikası (isp. República de la Nueva Granada).Mərkəzi və Cənubi Amerikanın bir hissəsini əhatə edən və XIX əsrdə mövcud olmuş dövlət. Onun ərazisinə Panama, Kolumbiya, üstəlik Ekvadorun və Venesuelanın ərazilərinin bir hissəsi daxil idi. == Tarixi == 1830-cı ildə Böyük Kolumbiya Respublikası dağılır. 1831-ci ildən dağılmış dövlətin yerində yeni dövlətlər meydana gəlir: Ekvador,Venesuela və Yeni Qranada dövləti. 29 fevral 1832-ci ildə Milli konventə üzv olan Antokiya, Barbakoas, Kartaxena, Mompas, Neyva, Pamplona,Panama, Posta, Popayan, Sokorro, Tuxna, Veles və Veraquas bölgələri yeni konsitutsiyanı qəbul edirlər. Bu konsitutsiya görə dövlət Yeni Qranada Respublikası elan edilir. 1839-cu ildə ölkədə vətəndaş müharibəsi başlayır. İlk əvvəl bu müharibə daxili xarakter daşısada sonradan prezident Xose İqnasio de Markes kömək üçün Ekvadora müraciət etməsi ilə müharibənin xüsusiyyəti dəyişir. Üstəlik prezident köməyin əvəzinə Ekvadora ərazi vəd edirdi.
Brayda zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
701 saylı Motoatıcı Briqada