Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paul Braytner
Paul Braytner (alm. Paul Breitner, 5 sentyabr 1951[…], Münhen) — müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış etmiş keçmiş Alman futbolçusudur. Qərbi Almaniya millisinin formasını 48 dəfə geyinmiş Braytner, Almaniya millisinin tarixində ən mübariz oyunçulardan biri kimi qəbul edilir. Bir müddət Almaniya millisində Braytner — Bekkenbauer — Foqts müdafiə üçlüsü, Bayern Münhendə isə Rummenigge — Braytner yarımmüdafiə ikilisi çox məşhur idi. Braytner 1974 FİFA Dünya Kubokunu qazanan kazanan Qərbi Almaniya millisinin ayrılmaz bir parçası idi, hətta final matçında qol da vurmuşdu. Üstəlik 1982 FİFA Dünya Kubokunda fərqlənməklə iki fərqli Dünya Çempionatında qol vuran 4 futbolçudan biri oldu — digərləri isə Pele, Vava və Zinəddin Zidan idi. Bütün zamanların ən güclü alman futbolçularından biri olan Braytner 1994-cü ilə FİFA tərəfindən FİFA Dünya Kuboku Bütün Zamanların Komandasına seçildi. 2004-cü ildə FİFAnın mükafatlandırma mərasimində Pelenin tərtib etdiyi yaşayan ən güclü futbolçuların siyahısına — FİFA 100-ə əlavə edildi. Braytner karyerasını bitirdikdən sonra Almaniyada şərhçi, alim və köşə yazarı kimi çalışıb, eyni zamanda Bavariyanın idarəetmə şurasının məsləhətçisidir. == Futbolçu karyerası == Braytnerin futbol karyerası 1970-ci ildən 1983-cü ilə qədər davam etdi.
Brauner kərtənkələsi
Brauner kərtənkələsi (lat. Darevskia brauneri) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Çoxalması == Yumurta qoymaqla çoxalır. 2–6 olmaqla yumurta qoyur. İnkubasiya dövrü 55–60 gün davam edir. == Yayılması == Onlar əsasən Gürcüstanın Qara dəniz sahillərinə yaxın ərazilərdən Rusiyada Kuban çayının sahillərinə qədər olan ərazilərdə yayılmışdır. Gürgüstanın Abxaziya ərazisində, Rusiyada isə Qaraçay-Çərkəz ərazilərində dağlıq ərazilərdə rast gəlinir. 1800 m yüksəkliklərə qədər yayıla bilir.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Con Branner
Con Branner(John Kilian Houston Brunner, 1934-1995)—İngilis fantast-yazıçısı. == Həyatı == Con Branner 1934-cü ildə İngiltərənin Oksfordşir şəhərində anadan olmuşdu. Con Branner 1995-ci ildə Qlazqo şəhərində vəfat edib.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır.Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.