Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bratsk
Bratsk (rus. Братск) — Rusiya Federasiyasında yerləşən şəhər İrkutsk vilayətinin tərkibinə daxildir == Tarixi == Buryad - ərazisi möhtəşəm Hun imperiyası hüdudlarına daxil olan qədim diyar müasir İrkutsk vilayətində şəhər. XVII əsrin əvvəllərindən başlayaraq bura ilk rus, kazak bölükləri ayaq basır. 1629-cu ildə Yenisey Voevodası Yakov Xripunov 30 gəmi ilə Anqara ilə gedib Oka çayının ağzına yetişdi. Qızıl Yarı (sonralar rus qalası Krosnayarski) istila edib möhkəmləndirən Xripunovun iştahı böyük idi. O burada Oka buryadlarından görünməmiş həyasızlıqla elə yasaq tələb etdi ki, özlüyündə xeyirxah, səmimi adamlar olan buryadların səbri tükənir. Onlar bu çağırılmamış qonaqlara silahlı müqavimət göstərirlər. Lakin ataman Perfilyev ehtiyatlı hərəkət edir; 1631-ci ildə sakitcə gəlib Anqaranın sol sahilində ağacdan möhkəm qalaça tikdirir. Tezliklə buryadlar bir "gecəqondu" kimi gizlincə və qısa zamanda əlüstü tikilən rus qalasını görüb həyəcana gəldilər. Oka boyu xanları silahlı hücuma keçib rus bölüklərini darmadağın edib qalanı da yandırdılar.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Bratsk su anbarı
Bratsk su anbarı — Rusiyanın İrkutsk vilayətində yerləşən su anbarı. Dünyanın ikinci böyük su anbarı olan Bratsk su-elektrik stansiyasının tikintisi nəticəsində Anqara çayı üzərində əmələ gəlmişdir. Adı verilən Bratsk şəhəri sahillərdə yerləşir. Su anbarı gəmiçilik, balıq ovu, taxta daşınması və su təchizatı üçün geniş istifadə olunur. Əhəmiyyətli balıq ehtiyatlarına malikdir. == Əsas xüsusiyyətlər == Bratsk su-elektrik stansiyasındakı bənd 1961-ci ildə tikilmiş, anbarın doldurulması 1967-ci ildə başa çatmışdır. Su səthi 5426 km²-dən 5470 km²-ə qədərdir və həcmi 169 km³-ə çatır. Su anbarının faydalı həcmi 35.41 km³, orta dərinliyi 31 m, maksimal dərinliyi 150 m, nasos stansiyasından istismar zamanı səviyyənin dəyişməsi 7.08 m təşkil edir. Təxminən 7400 km uzunluğundakı sahil zolağı böyük çayların — Anqara, Oka, İi və başqalarının birləşməsi zamanı əmələ gəlmişdir. Anbarın eni 20 km-dən çoxdur.