Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brahmanizm
Brahmanizm (q.türk Barmançılıq) — qədim Hindistanda e.ə. I minilliyin ortalarında veda dinindən inkişaf etmiş və hinduizmin əsasını qoymuş dini dünyagörüşü və ayinlərin sistemi. == Tarixi == E.ə. XI-VIII əsrlərdə Hindistanda brahmanlar, veda dinində mühüm dəyişikliklər etdilər. Bu təlimin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı tanrılara sitayişdən, onlara qurban verməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. E.ə.X əsrdə qurbanvermə mərasiminin dərkində, qurbanvermənin mahiyyəti ilə bağlı təsəvvürlərdə də əsaslı dəyişikliklər baş verdi. == Dəyişikliklərin mahiyyəti == Müqəddəs mətnlərin dəqiq məzmununu bilən ruhanilər yaradanın bütöv konsepsiyasını formalaşdırdılar, sonradan bu "Brahma" adlandırılmağa başladı. Həmin konsepsiyaya görə, "Brahma" özü dünyanın yaranmasına qədər digər tanrılara qurban edildi və onun bədənindən kainat yarandı. Beləliklə, qurbanvermə aktı həmin ilk qurbanvermənin təkrarı, yenilənməsidir. Əgər qurbanvermə müntəzəm şəkildə həyata keçirilməsə, inkişaf dayanar, kainatın sonu çatar, yenidən xaos başlayar.