Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Aglaia brassii
Aglaia brassii (lat. Aglaia brassii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Baraspi (Urmiya)
Baraspi (fars. برسپي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (64 ailə).
Bulbophyllum brassii
Bulbophyllum brassii (lat. Bulbophyllum brassii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum brassii növü Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Peltopus brassii (J.J.Verm.) Szlach. & Marg.
Calophyllum brassii
Calophyllum brassii (lat. Calophyllum brassii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Senecio brassii
Senecio brassii (lat. Senecio brassii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. == Hökmdarları == Basmıl hökmdarı İrtəriş xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. == Ərazisi == Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. == Tarixi == Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Sul-Brazil
Sul-Brazil (port. Sul Brasil) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3059 nəfərdir. Ərazisi 114,9 кm²-dir. Əhalinin sıxlığı 26,6 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.