Basil Qeysəriyyəli

Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır.

Qeysəriyyəli Basil
yun. Βασίλειος Καισαρείας
Rütbə Qeysəriyyə arxiyepiskopu
Doğum tarixi
Doğum yeri Qeysəriyyə
Vəfat tarixi
Vəfat yeri Qeysəriyyə
Qeyd edilir Roma-Katolik kilsəsi
Ortodoks kilsəsi
Xatirə günü Ortodoks kilsəsində 1 (14) yanvar və 30 yanvar (12 fevral);
Roma-Katolik kilsəsində — 2 yanvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına[1], "Zəbur" kitablarına[2], müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır.

Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır.

Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.

Tanrı haqqında baxışları

[redaktə | mənbəni redaktə et]

Öz əsərlərində Basil bəzi hallarda antik fəlsəfəyə müraciət edir. Birinci növbədə bu cür müraciətlər, onun "Homiliae in hexaemeron" əsərindəki kosmoloji baxışlarına aiddir[3]. Burada o Platonun "Timeus" (Timaeus) əsərindən istifadə etmişdir.

Basil hesab edirdi ki, üç sifəti bir olan Tanrı əbədidir, dəyişməzdir, dərk olunmazdır. Antik fəlsəfədə Tanrının materiya ilə birgə əbədi mövcudiyyəti ideyasını Basil rədd edir. Onun fikrincə, yaradılan hər şeyin həm mövcud olması (aktivliyi), həm də nəzərdə tutulan inkişafı (potensiyası) vardır. Deməli yaradılış, yunan fəlsəfəsində olduğu kimi, əvvəlcə materiyanın, sonra isə ondan müxtəlif formaların əmələ gəlib, yayılması istiqamətində getmişdir.

Yunanlar xristianlara etiraz edərək, "Tanrı yaradılışdan öncə nə edirdi?" sualına cavab verərək deyirdi ki, Müqəddəs kitabda deyilən "Başlanğıcda Tanrı yeri və göyü yaratdı…"[4] ifadəsini zamanın daxilində yaradılış kimi başa düşmək olmaz. "Başlanqıcda…" sözü də zaman mənasında başa düşülməməlidir. Buna görə "Tanrı yaradılışdan qabaq nə ilə məşğul idi" sualını vermək düzgün deyil. Zaman da, başqa şeylər kimi, yaradılmışdır və yalnız bu dünyaya aiddir, Tanrıya yox[5]. Deməli "Yaradılış" kitabının əvvəlində dünyanın birinci gün yaradılması ifadəsi, bir prinsip kimi başa düşülməlidir. Sonra yaradılışlar isə bu "günün" nəticəsi, davamıdır.

Daha sonra Bibliyada keçən "yaradılışın 6 günü" sözlərini də hərfi mənada başa düşmək olmaz. Bu yalnız simvolik, insan şüuruna uyğun bir ifadədir. Onun mahiyyəti isə dərk olunmazdır.

Basil, öz əsərində, insanın yaradılışına da xüsusi yer verir. O insanda Tanrı obrazının həkk olunması haqqında söhbət açır. İnsan hər bir şeyin mərkəzində yerləşdirilir, ən yüksək məxluqdur.

Basilun kosmologiyasında göylərin çoxluğu ideyası vardır. Birinci göy yeri əhatə edir. İkinci göydə ruhi varlıqlar yaşayır. Bu məlakələr və ölən möminlərin ruhlarıdır. İnsan mənəviyyatının mənbəyi məhz budur. İlk insan da məlakələrə bənzər varlıq idi, baxmayaraq ki, bədənə malik idi. Lakin onun günaha batması (qadağan olunmuş ağacın meyvəsini yeməsi), duyğular aləmindən yerə endirilməsinə səbəb oldu. Lakin, insanda Tanrının obrazı vardır. Tanrı ona əql verib. Buna görə də insan öz ruhunu bədənə bağlılıqdan, ehtiraslardan təmizləyərək (katarsis), itirilmiş İlahi bənzərliliyini özünə qaytarmalıdır. Üçüncü göy isə əqlin dərk etmədiyi İlahi bir məkandır. "Üç göy" ideyası neoplatonizmin Vahid-Əql-Ruh üçlüyünü və onlar arasında olan münasibətləri təkrarlayır.

"De Spiritu Sancto" adlanan kiçik risalədə, Basil Müqəddəs Ruhun Atadan və Oğuldan kiçik olmamasından söhbət açmışdır. Lakin onun birbaşa Tanrı olmasından danışmır. Bu inanc hələ onun dövründə formalaşmışdır və hətta Nikeya məclisinin qərarında öz əksini tapmamışdır. Üçlük (trinitarizm) formulası bundan sonra formalaşmışdır. Lakin Basil işarə edir ki, əgər Müqəddəs Ruh həyatverici başlanğıcdırsa, onda o Tanrıdan fərqli bir şey deyil. İsa da hər bir şeyi Ruhun vasitəsilə etmişdir. Beləliklə xristian üçlüyünün formalaşmasında Basil mühüm addım atmışdır.

Arianlığa qarşı

[redaktə | mənbəni redaktə et]

Arianlığın əleyhinə yazılmış "Eunomiuma qarşı" əsərində, Basil, Eunomium adında bir arianın fikirlərini təkzib edirdi. Eunomiumun fikrincə, bu dünyada Tanrının dərk edilməsi prosesi, onun yaratdığı məxluqat haqqında düşüncələrin əsasında, yaxud Onun təcəllilərinin vasitəsilə əldə etmək olar. Lakin bu bilgi simvolik xarakter daşıyır. Eunomiumun fikrincə, Tanrı haqqında bilavasitə bilik də əldə etmək mümkündür. Buna İlahi mahiyyəti olan əqlin təmizlənməsi və yüksəlməsi vasitəsilə nail olmaq olar. Bu halda, Tanrının heç kəs tərəfindən doğulmaması bəlli olur. İsa da ondan doğulmayıb, onun məxluqudur. Deməli o, Tanrı deyil.

Bu arian fikrinin əleyhinə çıxış edən Basil, Eunomiuma cavab verirdi ki, insan əqli, Tanrının əsl mahiyyətini heç bir vaxt dərk edə bilməz. Tanrı transsendental olaraq qalır. Dünyanı yaradanda isə o öz sözündən (İsa-Loqosdan) istifadə etmişdi. Buna görə, bu dünyada Tanrı haqqında yalnız simvolik deyil, həm də həqiqi biliklərə nail olmaq olar. İsanın doğulmuş Oğul olması isə, onun məxluq olması demək deyil. Oğul Atadan doğulmuşdur. Onun yoxdan yaranması iddiası yanlışdır. O əbədi olaraq doğulmuş Oğuldur.

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 74-76. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Basilii Magni Opera, 1540
  1. "Homiliae in hexaemeron Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine"
  2. "Homiliae super psalmos Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine"
  3. Мейендорф И. Введение в Святоотеческое богословие, часть 2, гл. 2. Arxivləşdirilib 2014-10-03 at the Wayback Machine М.: 2001.
  4. "Yaradılış 1: 1". 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
  5. "Homiliae in hexaemeron Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine" I, 6.