Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəhut quyusu
Bərəhut və ya Bir-Bərhut – Yəmənin Hədramaut əyalətində yerləşən barəsində cinlərin sakin olduğu əfsanələrin dolaşdığı dərin quyu. Quyunun dərinliyi 112 metrdir və onun daxili ərazisi 700 kvadrat metrdən çoxdur. Yerli əhalinin və bəzi ilahiyyatçıların fikrinə görə bu quyu dini hədislərdə keçən həmin Bərəhut quyusudur. == Tarixi == Dini mənbələrdə deyilir: Məhəmməd Peyğəmbər (s) buyurub: "Yer üzərində ən yaxşı su — Zəmzəm və ən pis su — Bərəhut suyudur ki, Həzərmut səhrasında yerləşir. Kafirlərin ruhları, misal bədənləri ilə ora köçürülərlər".
Brent Soukroft
Brent Soukroft (19 mart 1925, Oqden[d], Yuta – 6 avqust 2020, Folls-Çörç[d], Virciniya) — zabit, siyasətçi. ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı. ABŞ prezidenti Cerald Ford (1975-1977) və Corc Buşun (1989-1993) milli təhlükəsizlik üzrə müşaviri.
Brent borosu
Brent borosu (ing. London Borough of Brent) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur. Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir. Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir. == Tarixi == Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır.
Brent çayı
Brent — İngiltərənin paytaxtı Londonda uzunluğu 29 km olan çay. == Tarixi == Temza çayının əsas qollarından biridir. Bu çay haqqında məlumatlara ilk dəfə 705-ci ildə Londonlu yepiskopun məktubunda rast gəlinirdi. Adının mənşəyi isə Briqant qəbilələrinin adından götürülmüşdür.
Brent Şou
Brent Donald Şou (ing. Brent Donald Shaw; 27 may 1947 və ya 1947, Edmonton) — Kanada və ABŞ tarixçisi. Fəlsəfə doktoru (1978), 2004-cü ildən Prinston Universitetinin professoru, ondan əvvəl Letbric və Pensilvaniya universitetlərində professor, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2012). 1976–1977-ci illərdə Birminhem Universitetində qədim tarix üzrə müəllim olmuşdur. 1977–1996-cı illərdə Letbric Universitetində dərs demiş, 1981-ci ildən professordur. 1994-cü ildə Təkmilləşdirilmiş Tədqiqat İnstitutunda professordur. 1989–1995-ci illərdə Prinston Universitetində qonaq professor olmuşdur. 1996-cı ildən Pensilvaniya Universitetində professor olmuşdur. 2004-cü ildən Prinston Universitetində klassiklər üzrə professor olmuşdur. Pensilvaniya Universitetinin fəxri magistr dərəcəsinə layiq görülmüşdür (1996).
Mein Herz brennt
Mein Herz brennt (alman dilindən – «Mənim qəlbim yanır») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun yeddinci studiya albomunu olan «Mutter» (2001) albomunun baş sinqlıdır. Həmçinin, mahnı musiqi qrupunun o dövrdəki konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Əlavə olaraq, mahnı musiqi qrupunun ən böyük hitlər albomu olan «Made in Germany 1995–2011» (2011) musiqi albomunda buraxılmışdır. Bu, albomun sinql olaraq buraxılmamış və musiqi videosu olmayan yeganə mahnısı idi. Mahnı 2012-ci ildə «Videos 1995–2012» video kolleksiyasını reklam etmək üçün yenidən buraxılmışdır. Mahnının pianino versiyası sinql olaraq 7 dekabr 2012-ci ildə buraxılmışdır. Mahnının sözləri üçüncü şəxsin kabusların yaratdıqları vahimələri təsvir etməyində ibarətdir. Mahnının girişinin açılış misrası və nəqarəti ("Nun, liebe Kinder, gebt fein Acht. Ich habe euch etwas mitgebracht"; mənası – "İndi, əziz uşaqlar, diqqət yetirin.
Ceyden və Brent ilə qrup söhbəti (serial, 2020)
"Ceyden və Brent ilə qrup söhbəti" — ilk seriyası 2020-ci il 23 mayda yayımlanan veriliş-serialdır. Serialın əsas mövzusu COVID-19 koronavirus pandemiyasından sonrakı virtual əlaqələrdən başlayır. == Məzmun == Proqram oyun oynayan, meydan oxuyan və qonaqları ilə onlayn söhbət quran aparıcıları izlədir. == İstehsal == 2020-ci ilin 6 mayında serialın çəkiləcəyi bildirilib. 23 mayda isə ilk mövsümün ilk seriyası yayımlanıb. Mövsüm 6-cı seriya ilə 27 iyunda bitib. İkinci mövsüm 5 sentyabrda başlayıb. Pandemiya bitənə qədər davam etməsi planlaşdırılır.