Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Phytoseius brigalow
Phytoseius brigalow (lat. Phytoseius brigalow) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius brigalow Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Sergey Brızqalin
Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Moskva – 11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur. Orta ixtisas təhsilli olmuşdur. 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir. 1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur. 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir. Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.