Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donato Bramante
Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio; 1444[…] – 11 aprel 1514, Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair. == Həyatı == Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir. == Fəaliyyəti == Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq.
Tempietto di Bramante
Tempietto di Bramante (hərfi mənası "Bramantenin məbədciyi", it. Tempietto del Bramante) — İtaliyanın paytaxtı Roma şəhərinin Yanikul təpəsinin ətəklərində yerləşən, öz xarici görünüşünə görə antik Tolos məbədlərini xatırladan və İntibah dövründə inşa edilən kapelladır. Memarlıq mütəxəssisləri tərəfindən, kapella "İntibah dövrünün yüksək arxitekturasının mükəmməl nümunəsi olaraq qiymətləndirilmişdir. Binanın ümumi layihəsi Yüksək Renessans dövrünün əsasını qoymuş və o dövrün ən məşhur nümayəndələrindən birisinə çevrilmiş Donato Bramante tərəfindən tərtib edilmişdir. Kapellanın inşası tamamlandıqdan sonra, onun dahi memarın şərəfinə adlandırılmasına dair qərar qəbul edilmişdir. Kapellanın tikintisi üçün qədim yunan və Roma məbədlərinin memarlıq üslubu əsas götürülmüşdür; burada hissələrin arasında olan mütənasib həndəsi əlaqə dərhal gözə çarpır və diqqəti cəlb edir. Təvazökar ölçülərə malik olan kapella, hal-hazırda bededikt ordeninə məxsus San-Pyetro-in-Montorio adlanan titulyar kilsə kompleksinin daxili həyətində ucalır. Kompleksin tutduğu sahə Roma şəhərinin XIII rionisi (yəni rayonu) sayılan Trasteverenin eyni adlı meydanında, qədim Porta Aurelia darvazalarından təxminən 400 metr şərq istiqamətində yerləşir. Binanın inşası İspaniya kralı Araqonlu Ferdinandın sifarişi əsasında memar Bramanteyə həvalə edilmişdir (əslən Lombardiya vilayətindən olmuş dahi memar, doğma Milan şəhərinin 1499-cu ildə fransız ordusu tərəfindən işğal olmasından hədsiz kədərlənərək, həmişəlik Romaya köçməyi qərara almışdır). Daha sonralar kapellanı əhatən edən monastır binasında ispan kralının tabeliyində olan ümumi toplantı və səsvermə orqanlarının baş idarələri yerləşdirilmişdir.