Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuqorsk
Yuqorsk — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Biblida (Buqro)
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal — hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Dalğa (Buqro)
"Dalğa" (fr. La Vague) — fransız akademik rəssam Vilyam Buqronun 1896-cı ildə yağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsərdə dəniz sahilində qumun üstündə oturmuş qız təsvir edilmişdir. Qızın fonunda böyük mavi dalğa görünməkdədir. Sağ tərəfdən təsvir edilmiş qız başını sağ tərəfə çevirmişdir. Onun üzündə yüngül gülüş sezilməkdədir.
Kupidon (Buqro)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Nimfalar (Buqro)
Nimfalar (ing. The Nymphaeum) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. Yağlı boya ilə kətan üzərində işlənmiş əsər 1878-ci ildə Parisdə tamamlanmşdır. Əsərdə gölməçədə çimən və əylənən mifik qəhrəmanlar - nimfalar təsvir edilmişdir. Buqro digər oxşar mövzulu əsərlərindən fərqli olaraq bu əsərdə tünd rəngli boyalara üstünlük vermişdir.
Oreadalar (Buqro)
Oreadalar (fr. Les Oréades) - tanınmış rəssam Vilyam Buqro tərəfindən 1902 - ci ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Oreadalar dağ və mağara (mağara oreadalarından ən məşhuru Exodur) nimfalarıdırlar. Onlar adətən şən qrup şəklində qaban və ya quş ovlayarkən, ya da özlərinə sevgili axtararkən təsvir edilirlər. Diananın çağırışı ilə onlar heyranedici şənlik təşkil edirlər. Salonun 1902 – ci il kataloqunda Buqronun çəkdiyi "Oreadalar" əsərinin izahı aşağıdakı kimi verilmişdir: "Kölgələr dağılır; günəş parıldamağa başlayır, dağların zirvəsi çəhrayı rəng alır. Bu zaman bütün gecəni meşənin qaranlıq kölgələri arasında keçirən nimfalar dəstəsi meşədən çıxaraq çaya tərəf irəliləyir, suda şənlənir və səmaya qalxırlar. Onları faunlar təəccüb içində izləyirlər. Beləcə yenidən öz real mahiyyətinə qovuşan tanrılar ruhani məkanı doldururlar." Bu əsərlə Buqro özünün akademik rəssamlıq sahəsindəki bacarığını və ideallarını göstərmişdir. Bu uçan qadın fiqurları ilə Buqro tam cəsarətlə yaradıcı və şairanə baxışlarını sərgiləməklə bərabər eyni zamanda alatoran fon əsasında qadınların gözəlliyini də qabartmışdır.
Rəqs (Buqro)
Rəqs (fr. La Danse, ing. The Dance) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1856-cı ildə işlənmiş rəsm əsəri. əsər hazırda Parisdəki Orse muzeyində saxlanmaqdadır. Salon, Paris, Fransa, 1857 Vendryes Ch., Catalogue illustré des oeuvres de William Bouguereau, Paris, 1885 Vachon M., William Bouguereau, Paris, 1900 Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du Musée du Louvre et du Musée d’Orsay, Paris, 1986 Compin Isabelle — Lacambre Geneviève [coordination]- Roquebert Anne, Musée d’Orsay.
Vilyam Buqro
Adolf Vilyam Buqro (fr. Adolphe-William Bouguereau; 30 noyabr 1825[…], La Roşel – 19 avqust 1905[…], La Roşel[…]) – akademist realist fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri. Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir. Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadın "bogue" (şabalıd ağacında şabalıdı əhatə edən tikan) sözünə oxşadığını qeyd edirlər. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530-cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi.
Adolf Vilyam Buqro
Adolf Vilyam Buqro (fr. Adolphe-William Bouguereau; 30 noyabr 1825[…], La Roşel – 19 avqust 1905[…], La Roşel[…]) – akademist realist fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri. Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir. == Həyatı == === Ailə kökləri === Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadın "bogue" (şabalıd ağacında şabalıdı əhatə edən tikan) sözünə oxşadığını qeyd edirlər. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530-cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi.
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.
Baharın Dönüşü (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Baharın qayıdışı (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Hörgüçü qız (Buqro)
"Hörgüçü qız" (fr. La Couseuse) — fransız akademik rəssamı Vilyam Buqronun 1869 – cu ildə işlədiyi rəsm əsəri. Əsər təsvir edilmiş qızın xarici görünüşünə görə bəzən "Hörgüçü Anna" da adlandırılır. Əsər hazırda ABŞ-də Omaha, Nebraska şəhərindəki Coslin İncəsənət Muzeyində saxlanılır.
Psixeyanın oğurlanması (Buqro)
Psixeyanın oğurlanması (ing. The abduction of Psyche, fr. Le ravissement de Psyché) — Vilyam Buqro tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1895-ci ildə Parisdə tamamlanmşdır və hazırda şəxsi kolleksiyada saxlanılır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından biri olan Psixeya və onu qaçıran məhəbbət tanrısı Erot təsvir edilmişdir.
Sadə qız (Buqro)
Veneranın doğulması (Buqro)
Veneranın doğulması (ing. The Birth of Venus, fr. La Naissance de Vénus) — XIX əsr fransız akademik rəssamı Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsərdə Veneranın, ənənəvi şəkildə dənizdən çıxması – doğulması təsvir edilməmiş, onun Kiprdə, Pafos şəhərində, dəniz sahilində balıqqulağından yetgin qadın şəklində çıxması göstərilmişdir. Buqroya görə mövzuya bu cür yanaşma daha doğru idi. Əsər 3 metr hündürlüyü, 2,18 metr eni olan kətan üzərində, yağlı boya ilə işlənmişdir. Əsər, kompozisiya quruluşuna görə onunla mövzu baxımından eyni olan Sandro Botiçellinin “Veneranın doğulması” əsərindən daha çox, Rafael Santinin “Qalateyanın triumfu” əsəri ilə oxşarlıq təşkil edir. Veneranın doğulması əsəri, 1879 - cu il Paris Salonu üçün çəkilmişdir. Həmin il əsər Lüksemburq muzeyi tərəfindən alınmışdır. Hal-hazırda, Buqronun "Veneranın doğulması" əsəri, Parisdəki Orsay muzeyinin daimi kolleksiyasına daxildir.
Çoban qız (Buqro)
Çoban qız (fr. Pastourelle) - fransız akademik rəssam Vilyam Buqro tərəfindən 1889 - cu ildə yağlı boya ilə işlənmiş rəsm əsəri. Əsərdə kənd mühiti fonunda əsas obraz kimi çoban qız təsvir edilmişdir. Qız torpaq üzərində ayaqyalın dayanmışdır və onun sağ ayağı sol ayağından irəlidə durmuşdur. Sadə kənd geyimində olan qız çoban çomağını çiyninə qoymuş və əllərini onun üstündən aşırmışdır. Qızın fonunda isə çəmənlikdə otlayan öküzlər görünməkdədir. Əsər Buqronun çoban qızları təsvir etdiyi əsərlərindən biridir. Buqronun əsər üçün istifadə etdiyi model qız isə Bohemiyalı əsərində istifadə etdiyi modellə eynidir. əsər hazırda Filbruk İncəsənət Muzeyində saxlanılır.
Qazabaxan qız (Buqro)
"Qazabaxan qız" (fr. La Gardeuse d'oies) — fransız akademik rəssamı Vilyam Buqronun 1891-ci ilə yağlı boya ilə işlədiyi rəsm əsəri. Əsər Buqronun gözəl gənc qızları təsvir etdiyi çoxsaylı əsərlərindən biridir. Əsər hazırda Kornel Universitetinin Herbert F. Conson İncəsənət Muzeyində saxlanılır.
Zenobiya Araz çayının sahilində (Buqro)
Zenobiya Araz çayının sahilində (fr. Zénobie retrouvée par les bergers sur les bords de l'Araxe) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1850-ci ildə işlənmiş rəsm əsəri. Əsər hazırda Fransa İncəsənət Akademiyasında saxlanmaqdadır. Bu əsərinə görə gənc rəssam 1850-ci ildə Roma mükafatına layiq görülmüşdür. Crespelle Jean-Paul, Les Maîtres de la belle époque, Paris, 1966 Adhémar Hélène [sous la direction de], Chronologie Impressionniste: 1803–1905, Paris, 1981 Gaudieri Alexander V. J. — Burollet Thérèse — Atkinson Tracy, William Bouguereau 1825–1905 [cat. exp.], Paris, 1984 Lobstein, Dominique, Les Salons au XIXe siècle.